fikri haradadır? Tahir bu sözlərin təkcə özünə aid olduğunu düşünüb, altdan-altdan, incik bir tərzdə İsmayılzadəyə baxdı: Onların günahı nədir? - dedi. - Harada avariya olsa bilin ki, onların diqqətsizl iy indəndir. Hamı sının fikri-zikri kənddədir, anasının yanında. Yüz elli dördüncü buruq niyə korlandı? Çünki şagirdin xəyalı ala dağdadır. Tahir yenə özünü saxlaya bilmədi. - Qurunun oduna yaşı nə üçün yandırırlar? Qüdrət sözlərinin bu cür xeyirli təsirindən razı qaldı: 90 < 3 V .
- Usta, hələ boruları gətirməyiblər, eləmi? - deyə Ramazana üz tutdu, Usta saatını çıxardıb baxdı: - On dəqiqə vaxta qalıb, yəni Bədirlidə elə qeyrət? - Əgər gətirməsə, öz bəxtindən küssün. — İsmayılzadə yenə Tahirə tərəf döndü. - Hə, anan tez-tez yadına düşür? Tahir bu dəfə başım aşağı saldı: “Səhərdən bəri bunu demək istə yirdin? Ay ne bilim avariya belə gəldi, təzə uşaqlar elə getdi, Bİr yolluq sözünü de, qurtarsın getsin”. O bunu könlündən keçirib, yenə bir söz demək istədisə də, - Qüdrətin hörmətini gözləyib dinmədi. - Niyə cavab vermirsən? - Axı nə deyim? Kənd də yadıma düşür, anam da... Olmaz bəyəm? - Əksinə! Qeyrətli oğul gərək həm anasının qeydinə qalsın, həm də onun üzünü qara eləməsin. - Qüdrət Tahirin qolundan yapışdı. — Düz deyirəm, yox? Tahir onun səsinin ahəngindən zarafat etmədiyini anlayıb, başını dik qaldırdı və düz Qüdrətin gözlərinin içinə baxdı. - Bəli, lap düz! Usta Ramazan Qüdrətlə Tahirin söhbətini qəribə bir ürək çırpıntısı ilə dinləyirdi. Onların arasındakı mübahisə sülh ilə qurtaranda, o, fə rəhlə nəfəsini dərdi və öz tərəfindən əlavə etdi: - Tahİr elə oğlan deyil, yoldaş Qüdrət, anasının üzünü qara