- Onun dərinliyi üç min metr olacaqdır... Qoca usta indiyədək bu
məsafənin yalnız üçdə birini qət etmişdir. Təxminən min iki yüz metr
likdə birinci neft təbəqəsinə rast gələcək. Lakin o, bu təbəqəni vurub
keçməlidir.
Müxbir yazmağına ara verdi, bloknotunu cibinə qoydu:
- Usta Ramazanla görüşə bilərəmmİ? Onun buruğuna getmək
mümkündürmü? - deyə soruşdu.
- N o vaxt İstəsəniz!
- indi mümkündürmü?
- Xeyr, indi məsləhət görmürəm. Külək bərkiyə bilər.
- Siz indi deniz buruğundan gəlirsinizmı, əgər qorxuludursa,
öfünüz no üçün gedirsiniz?
- Mən başqa... Mən fırtınalı günlərdə də təhlükədən çəkinməməli
yəm. Bunun səbəbi məlumdur: sənətimiz belədir. Neftçinin borandan
qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmağına bəra
bərdir. - Qüdrət ayağa qalxdı, pəncərəyə yanaşıb deniz sahilinə doğru
baxdı. - Siz m ənə sabah zəng eləyin, dəniz sakit olsa gələrsiniz, bəra
bər gedərik. Yarım saat e w ə l çox gözəl idi, indi daha külək qalxmışdır.
Bu anda qapı açıldı, əlində şapkasını öykaləyən usta Ramazan
hirsli addımlarla içəri girdi.
- Yoldaş müdir, - əgər mane oldumsa, üzr istəyirəm.
İsmayılzadə ona tərəf addımladı:
- Buyur, usta buyur!.. Etə yaxşı oldu gəldin. Müxbir yoldaş da sə
ninlə görüşmək istəyirdi.
84 C 2 V
Müxbir diqqətlə ustaya baxdı, Ortaboylu, enlikürekli qocanın xır
daca gözləri qızarmışdı:
- Buyursun, - deyə o, əvvəlcə İsmayılzadə ilə, sonra da müxbirlə
görüşdü. - Ancaq işlərim dayanıb, özü də Bədirlinin dövlətindən...
Canım, belə də iş olarmı?.. Biz geri qalanda şəxsi tənqidin atım sağa-
sola çapırlar. Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istə
mirlər. Qardaşoğlu, - usta müxbirə üz tutdu, - məndən yox, belələrin-
Dostları ilə paylaş: |