bizə məlumdur ki, Abşeronun çox yerində iyirmi beş qatdan neft gö türə bilərik. Müxbir onun dediklərini qısa qeydlər şəklində cib dəftərçəsinə yazaraq, yenə sual verdi. - İndiki quyular ən derin horizonta gedib çatırmı? - Xeyr, bu hələlik mümkün deyildir. Ancaq biz bu yolda çalışırıq. Bundan başqa, axırıncı neft təbəqəsinin hansı dərinlikdə olduğunu təyin etməmişik. Biz derin horizontlardan neft çıxarmağa cəhd edirik, bunun üçün yeni ixtiralar üzərində işləyirik. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi \lçün lazımi tədqiqat aparırlar. - İndi Bakıda ən dərin quyu neçə metrdir? - Dörd min... Lakin bu quyu hələlik təkdir... - Dənizdə, yoxsa quruda? - Quruda. - Denizdə mümkün deyildirmi? - Xeyr! Qüdrət bunun səbəbini ətraflı danışdı. Deniz buruq larinin qazıl masında rast gəldikləri texniki çətinliklərdən bır neçə misal belə g ə 83
tirdi. O, Bakı neftçilərinin bu sahədəki qəhrəmanlıqlarından bəhs edəndə, müxbirin təsəvvüründə gələcək neft sahələrinin xəritəsi aydın şəkildə canlanmağa başladı. - Dənizi zəbt edəcəyim izə zərrə qədər də şübhə ola bilməz! - de yərkən, Qüdrətin səsində müxbiri dərindən həyəcana gətirən bir inam vardı. - Hər bir işdə oldüğü kimi, burada da insan iradəsinin qalib g ə ləcəyi mənə gün kimi aydmdır, - M ən də buna şübhə etmirəm! - deyə müxbir İsmayılzadənin alışıb-yanan gözlərinə baxdı. Bir an ona elə gəldi ki, denizə hücum edən ordunun sıralarında özü də gedir. Qüdrət papiros yandırdı. Müxbir yenə soruşdu: - Bu saat dənizdə ən dərin buruq harada qazılır? İsmayılzadə, usta Ramazanın kəşfiyyat buruğunu nişan verdi: