Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


və ona öz məhəbbət macərasını açıb söylədi



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə93/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   89   90   91   92   93   94   95   96   ...   382
Sechilmish eserleri II cild

və ona öz məhəbbət macərasını açıb söylədi.
Vasilyev Fəridənin əhvalatından sonra da azərbaycanlılarla aram
vurmadı. O, Fəridənin ata-anasım yox, zəmanəni təqsirləndirirdi.
H ələ indi de onlarla salaməleykümünü kəsməmişdi. Əldən-ayaqdan
düşmüş qocalar, Sergey Timofeyeviçin xətrini istəyir və onunla birlik­
də, qızlarım vaxtsız öldürən köhnə dünyaya lənət yağdırırdılar.
Sergey Tim ofeyeviç Azərbaycan xalq nəğm ələrini çox sevirdi.
O, hətta özü də arabir qəmgin bayatılardan titrək səsilə oxuyurdu.
Bəlkə də elə bunun üçün fürsətdən istifadə edib, Tahiri oxutdurmaq və
Tahiri dinləmək istəyirdi. O çox çətin sezilon rus tələffüzü ilə təmiz
azərbaycanca Tahirlə Cəm ilə müraciət etdi:
- Ay uşaqlar, boş oturmağın faydası yoxdur, qoy Tahir oxusun, biz
dd qulaq asaq.
Cəmil sazı ondan alıb Tahirə uzatdı:
- Usta düz deyir, işsiz oturanda yadına həm işə kənd düşür.
Qan Tahirin başına vurdu. “Xəbərçilik eləyir” - deyə düşünüb, na­
razı bir halda başını buladı və sazı ondan alıb torbanı açdı.
- N ə oxuyum, usta?
- N ə istəyirsən, oxu.
Vasilyev onların böyründə oturdu və sazım kökləyən Tahirə baxa-
baxa sükuta qərq oldu.
Tahir sazını sinəsinə basanda yenə evi v ə kəndi xatırladı. Dağlar,
dərələr yadına düşdü. Bulaqdan su gətirməyə gedən qızlar, gelinlər
təsəvvürünü çulğaladı v ə o, həsrətlə köksünü ötürüb, sazını çala-çala
zilə çəkdi:
80
Qədəm qoyub yar yanına gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Tahirin səsini eşidən o biri fəhlələr de m üxtəlif tərəflərdən yavaş-
yavaş gəlib onlara yanaşdılar. Tahir onların heç birini görməyib, xəyalı

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin