məyərək, başını bir azca da yuxarı qaldırdı, cəsarətlə onun üzünə baxdı: - Ancaq bunun nə faydası? - dedi. Əgər utanmasaydı, “çalıb-oxu mağımdan xoşun gəlirsə, bəs məni niyə sevmirsən?” deyərdi. Lətifə gənc olsa da. Tahirin ürəyindən keçənləri duyurdu. O, do dağının aUmda gülümsünüb, başını azacıq yana sarı əydi. - Düz demirəmmi, Lətifə? Bu anda usta Ramazanın səsi eşidildi: - Tahir! Hamı səni gözləyir, bala. Tahir: - Sağ ol, mən getdim, - dedi. Onlar ayrıldılar. Tahir uzaqlaşdı. Cəmilə yanaşdı. Qürurdan çox sevinc ifadə edən bir sesle onun qulağına pıçıldadı: - Gördün? M ənə vurulub... Cəmil uzaqda olsa da, Tahirlə Lətifə arasındakı söhbətin məzmu nunu təxminən bilirdi. O bilirdi ki, hələ onların heç biri vurulacaq qədər bir-birine yaxın deyil. Tahir onun azca istehzalı bir ifadə ile parıldayan baxışlarını duyub soruşdu: - Görmədin? İnanmırsan? - Lətifəni gördüm, ancaq senə vurulduğunu görmədim, - Cəmil öz cavabından xoşlanıb mənalı-mənalı güldü. - Tələsm ə, yavaş gedən çox gedər... Tahir pərt halda ondan aynhb ustaya yaxınlaşdı: - Mən gəldim usta! - dedi. Usta Ramazan yoğun, çal qaşları altında sert və incik baxan g özle- rilə Tahirə baxdı, Tahir onun baxışlarındakı bu narazılığın Lətifə ilə özü arasında baş vermiş söhbətdən əm ələ gəldiyini duydu. Lakin usta bu xüsusda ona bir kəlm ə belə demədi, ucadan hamıya müraciət elədi: - Başladıq! Bir an belə keçməmiş buruğun bütün mexanizmləri hərəkətə gəldi. 77
Geco saat on birə yaxın qazıma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. Borular h ə lə dünən axşamdan gətirilməli idi.