- N ə məsələmi? - Elə bu diqqətsizliyini... - Yaxşı, yaxşı, - deyə Tahir o yana çevrilib, Dadaşlıdan aralandı. Dadaşlının Tahirə çox rosmi və qaba görünən bu hərəkəti, əslində onun cavan fəhlələrlə həmişə açıq, düzünə və heç kimə xətir qoyma dan danışmağı sevməyindən irəli gəlirdi. O, mədən komsomolçularını hər zaman qabaq sıralarda görmək istəyirdi. O özü ikinci mədənin ba carıqlı neft ustalanndan biri ıdİ. Onun rəhbərlik etdiyi briqada həm işə mədənin üzünü ağardırdı. Dadaşlının qara, arıq, uzun və bozumtul üzü elə birinci görüşlə rindən Tahirin o qədər də xoşuna gəlməmişdi. Onun sir-sifəti ile bu rəftarı arasında bir uyğunluq axtaran Tahir, komsomol təşkilatçısına verdiyi cavabların birindən də narazı deyildi, - Yaxşı eləmədin, Tahir, - deyə Cəmil dostunun qulağına pıçılda dı. - Axı niyə belə tərs cavab verirsən? Tahir yenə də özünü tamam haqlı sayır, “bir sözünün əvəzinə iki sini deməsəm, elə bilirəm ki, maymağam” deyə düşünürdü. O, hətta dostu Cəmilin də nəsihətini cavabsız qoymayıb, az qala onun da üzü nə çımxırdı. - Görmürsən, nə deyir? Guya mən onun qabağında gərək ikiqat əyiləm. - Yox, yox, san haqsızsan. O çox namuslu oğlandır. Yəqin sənin xeyrini fikirləşib deyir. Bu söhbəti eşitməyən komsomol təşkilatçısı, yan tərəfdə, gil məh luluna şüşə tozu qatmaqla məşğul olan Vasilyevin yanında durub gülo- gülə Tahirlə öz arasında baş verən ixtilafdan danışırdı: - N ə dikbaş oğlandır, lap adamın ağzmdan vurur. Yəqin ərköyün böyüyüb, deyəsən o hələ şəxsi tənqidin dadma baxmayıb. Vasilyev, belə işlərdə zəngin təcrübəli bir adam kimi, Dadaşlını başa saldı: - Pis oğlan deyil. Ancaq onunla dil tapmağa çalış. Yanma çağır,