rulduğu kimi, tez də soyuyacağına əmin idi. Odur ki, Tahirlə Lətifənin qısa görüşləri və söhbətləri Cəmili zərrə qədər de qorxutmurdu: “Tahir uşaqdır, duza gedir!” — deyə özünə əmin olan bir sevgili ədası ilə kənardan-kənara dostuna baxıb oğrun-oğrun gülürdü. Bu halda usta Ramazan acıqlı bir səslə bağırdı: - Tahir! Fikrin haradadır, bala? Tahir səksənib fikrindən ayrıldı: - N ə olub usta? - Daha bundan artıq nə olacaq? - Qoca, gil məhlulunun kəsilib geri qayıtmadığını göstərdi. - Yüz kərə demişəm ki, bir şey olsa, tez mənə xəbər ver. Tahir günahını başa düşüb yerində dondu, gözlərini yerə dikdi. - Uşağa buyur, ardınca yüyür buna deyiblər də... Axı səni yekə adam bildik, iş tapşırdıq. Görmürsən no olub? Tahir ustanın bu acıdilliyini görən kimi, ilk dəfə onun haqqında düşündüklərini xatırlayıb, m əyus-m əyus xəyalından keçirdi: “Elə men deyən kimidir. Buynuzu göründü”. Usta Ramazan, gil məhlulunun axımım dayandırmaq üçün quyu dan bir neçə addım aralı qoyulmuş sement və şüşə tozu ile dolu kisə ləri gösterib fəhlələrə əmr verdi: - Tez gətirin! Fəhlələr onun əmrini dərhal yerinə yetirdilər. Usta özü quyudan bir an belə ayrılmayaraq, fəhlələrin quyuya tökdükləri maddələrin qedərinə fikir verir, “artır, yenə artır!” deyə səslənirdi. Tahir İlk dəfə şahidi olduğu bu hadisədən usta Ramazanın həyə canlandığını görüb, nə isə böyük bir səhv buraxdığım hiss edirdi. Usta yenə arabir Tahirə qanlı-qanlı baxır, narazı halda başını bulayırdı. 93
Bu halda “Bahar” adlı qayıq buruğa yan aldı. Dadaşlı qayıqdan düşüb buruğa gəldi, salam verdi. Hamı ile, o cümlədən qaşqabağı yer