Nəhayət bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. Neft sahəsində çoxdan təkdir olunmuş bu hadisədən pərtləşən uzunboylu, anqsifətli, açıq mavi gəzlərilə sakit-sakit baxan qoca buruq ustası Qüdrəti görüb daha da məyus olmuşdu.
- Bu nədir, Tİmofey Sİdoroviç? - deyə İsmayılzadə qocaya sərt və məzəmmət dolu nəzərlə baxdı. Timofyey Sİdoroviç gözlərini yerə dikib cavab verdi: - Günah məndə oldu... - İnanmıram! - İsmayılzadə m üxtəlif vəziyyətlərdə, ayaq üstündə durmuş yorğun fəhlələrə üz tutdu: - Tİmofey Sİdoroviç deyir ki, mü qəssir odur. Ancaq mən buna inanmıram. Onun belə səhvlər buraxdı ğını eşitməmişəm, mən onu çoxdan tanıyıram. Usta, sinəsinə enmiş başını elə bil yuxarı qaldırmaq istəməyib yerə baxır, onun məhz nə cavab verəcəyini sükut içində gözləyən fəhlələr isə əsil müqəssiri açıb söyləyəcəyini güman edərək həyəcanlı bir in tizarla onun dodaqlanna baxırdılar. Amma deyəsən Tİmofey Sİdoroviç bir kəlm ə de danışmaq istəmirdi. Bu halda cavanlardan biri irəli çıxdı: - Yoldaş İsmayılzadə, -- dedi - təqsir mendədir... Fikrim özümdə deyildi. Vaxtında ustaya xəbor vermədim. Tİmofey Sİdoroviç şagirdinə acıqlandı: - Səndən soruşmurlar! - dedi və fikirli-fikirli quyudan aralanıb uzaqlaşdı. İsmayılzadə isə daha heç kəsə bir söz deməyib qayığa mindi və usta Ramazanın buruğuna yola düşdü. Onu usta özü qarşıladı. - Bu zaman na əcəb sendən? N iyə gedib dincəlmirsən? Ramazana cavab vermək əvəzinə irəliləyib rotora yanaşan Qüdrət, Vasilyevi v ə o biri fəhlələri salamladı. Sonra qəsdən, hamı eşitsin deyə gileyləndi. - Bu təzə uşaqlar bütün işlərimizi korlayırlar. Bilmirəm bunların