də qəzetlər hər gün yazır. M ən uşaq zad deyiləm ki?”
- Gedək, deyəsən növbəniz qurtanr. Yəqin yorğunsan. Get dincəl.
Elə mən do yorulmuşam.
Bütün bu danışıqlardan sonra da Tahirin, Dadaşlı haqqında rəyin
də heç bir dəyişiklik əm olə gəlmədi: “Uçota girsəm, atama od vura
caq” deyə düşündü.
Onlar budkadan çıxdıqları zaman, Tahirin səbirsizliklə gözlədiyi
“Çapayev” qayığı nəhayət buruğa yan aldı. Ancaq o bomboşdu. Qayı
ğın burun tərəfindən ayaq üstündə durmuş kapitan uzaqdan-uzağa us
tanı səslədi:
- Ramazan dayı! Düz yarım saat tez gəlmişəm. Daha bir sözün
yoxdur ki?
Usta yorğunluqdan tutulmuş kal səsi ile cavab verdi:
- Nahaq gəlmisən. Bəs uşaqlar ham?
- Ömrümdə səni razı sala bilmədim də... - Kapitan kəndiri buruğu
sürtülmüş yoğun dirəyinə keçirdi və özü sıçrayıb fəhlələrə yaxınlaşdı.
- Uşaqlar hələ gəlməmişdilər. Sizi aparınca onlar da gəlib çıxarlar.
96
Usta Ramazan axımın qabağını almamış axşam növbəsini burax
maq istəmirdi. Quyuya tökülmüş sementin v e şüşə tozunun təsiri ilə
yalmz iki saat sonra axımın kəsildiyini görüb, dərindən, sərbəst bir nə
fəs aldı və yalnız onda:
- Gedək, uşaqlar, gedək, - dedi. - Mən də bərk yorulmuşam. Bir
de, Nisa qan evə gec-gec getməyimdən narazılıq eləyir. Qorxuram
axırda əlimdən şikayət yazdıra...
Vasilyev işdə vaxt-vədə gözləm əyən qocaya qayığı göstərib dedi:
- Get, get, men buradayam. Dünən gecə sən trestdə olanda mən bir
sa at mürgü 1 ədi m.
Ramazan öz müavininin bu qayğısından həm işə qəribə bir h əyə
can duyardı. O, Vasilyevİ yalnız mahir bir neftçi kimi yox, hem də
vəfalı bir dost və mülayim bir insan kimi sevərdi. Amma nədənsə bu
xüsusda onların arasında bir dəfə də söz-söhbət olmamışdı. Bu dost
Dostları ilə paylaş: |