ləli daş pilləkənlə qalxıb şüşəbəndli balkona çıxdı və divardan asılmış telefonla kimo isə zəng etdi. Sonra içəri girib papağını başına qoydu, əlindəki gül dəstəsini yem ək stolunun üstünə atdı v e tələsik addımlar la geri qayıdıb, yenə həmin yerdə durmuş Cəmilə: - Oğlum, sen get dincəl, - dedi v e özü asfalth küçəyə çıxdı. Cəmil isə bu xəbəri vaxtında ustaya yetirdiyi üçün özündən razı qalıb, sevinə-sevinə gəldiyi yolla da geri qayıtdı. Beş dəqiqə belə keçməmiş asfalth yolda abı rəngə boyanmış M -l maşını göründü v ə o, şütüyərək gəlib ustanın qabağında dayandı. - Hara belə usta? - deyə Qüdrət İsmayılzadənin qarayanız, anq və cavan şoferi maşının açıq pəncərəsindən baxıb soruşdu: Qoca usta könülsüz bir tərzdə ona baxıb, cəld maşına mindi: - Vağzala sür! - dedi - Orada bilərsən. Şofer maşını geriyə döndərdi v ə hamar yolla sürərək, vağzala isti qamət aldı. O, Ramazanın evinə İsmayılzadəni çox gətirdiyindən, us tanın özünü də, arvadı Nisa qarını da, müharibənin ilk günlərindən cəbhəyə getmiş oğlanlarını da yaxşı tanıyırdı. O da, İsmayılzadə kimi, bu evə məhrəmdi. Qocam belə qəmgin halda gördüyü andan, kimi isə yola salmağa getdiyini ancaq o adamın səfərindən narazı olduğunu dü şünürdü. Bir azdan sonra isə fikrinə ayrı şey gəldi: Xeyir ola, usta, bəlkə oğlanlarından bir xəbər var? Bu sualı eşidəndə elə bil Ramazanın yaralı bir yerinə toxundular. Usta, sərt bir nəzərlə şoferə baxdı. Ancaq oğlanın mehriban və səmimi baxışlarından bu sözü pis məqsədlə deyil, xeyirxahlıqla dediyini hiss etdikdə, dilinin ucuna gəlmiş acı sözü uddu v e onun gözləri doldu: - Məndə o bəxt hanı? - deyə yerində büzüşüb fikrə getdi. Şofer ona təsəlli verməyə başladı: