Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


larını bilib ayaq saxladı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə118/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   114   115   116   117   118   119   120   121   ...   382
Sechilmish eserleri II cild

larını bilib ayaq saxladı:
- Tahir oğlum, - belə getsə işini korlarsan. Hara tələsirsən? Sən ki
hələ uşaqsan...
Ümumi yaşayış evinə çatanda, yoldaşlarından biri ona məktub gəl­
diyini xəbər verdi. Tahir çarpayısının üstünə qoyulmuş zərfi açıb oxudu:
“Əzizim oğul! Sən gedəli ürəyim yaralı quş kimi çırpmır. Hər gecə
yuxumda hey səni görürəm. Görürəm ki, dəryada üzürsən. Allah elə­
məmiş, birdən ehtiyatsızlıq edərsən, başına bir iş gələr. Dilim qurusun,
ay oğul, men nə deyirəm? N iyə getməyinə razı oldum? Qızıl inəyi sa­
ğanda elo gəlib durursan gözümün qabağında.
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs menim balam ham?
100 < 2 V
Gözümün işığı! İstəyirəm yollara çıxam, gəlib-gedəndən seni so­
ruşam. Anam niyə yadından çıxardın? Səndən başqa pənahım yoxdur,
elə bir əl boyda kağız yollasan bəsdir. Sən ki, bilirsən, bu dünyada
səndən başqa mənim heç kəsim yoxdur. Soruşsan kolxozda nə var ne
yox? Sağliq-salamatdıqdır, oğlum. Əmin uşaqları davadan qayıtdılar.
Hamısı səni soruşurdu. Yerini dedim, kağız yazsınlar. Qohum-qarda­
şın sənə salamı var.
Sənin dərdindən ölən anan Gülşənəm”
Tahirin ürəyində qəribə bir həsrət baş qaldırdı: ana həsrəti! Hər
şey onun yadından çıxdı, Bakını da, arzu və xəyallarım da, Lətifəni də
unutdu. Ananın məktubunu bir də oxudu.
Sonra paltarım soyunmağa başladı.
3
Tahir çarpayısında çoxdan uzanmışdısa da, yata bilmirdi. Əllərini
boynunun ardında çarpazlayıb gözlərini otağın tavanına zilləmişdi.
İçəri səssizdi. Amma Tahirin pəncərəsinin eşik tərəfindən sallanmış
uzun sarmaşıqlar arasında civildəşən boz sərçələrin səsini aydın eşi­
dirdi. Elə bil onun yatmağına da bu civilti mane olurdu.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin