- Niyə qanın qaradır? - deyə xəbər aldı. Bu dəfə Lətifə elə baxdı ki, elə bil gözlərində “sənə nə?” sözlori yazılmışdı. - Bağışla ha... Dem ə ki, Tahir heç nə qanmır. Görürəm kim isə xətrinə dəyib. 98
<
2
V
- Əlbəttə dəyib. Hamı qanacaqh olsaydı, daha milis nəyə lazım idi? - Axı nə olub ki? Lətifə deyəsən pərtliyinin səbəbini açıb söyləm ək istəmirdi. Tahir də bənd olmayıb söhbətin mövzusunu deyişdi: - Bu axşam teatra gedəcəksənmi? Lətifənin qaşqabağı yenə açılmadı: - Yox!.. - deyə qısa v ə sərt cavab verdi. - Axı nə olub ki? - Bundan artıq nə olacaq? Gündüzün günorta çağı böyürdən çıxıb m ənə sataşır. - Kim axı? - O qarmonçalan Mişanın briqadasında Hüseynqulu var ha... - Tanımıram. - Tanımasan yaxşıdır. Elələrilə mən özüm hesablaşaram. Səhər- səhər haradasa içib, küçə uşaqları kimi ağzına gələni danışırdı. Tahir qəzəbindən udqundu: - Olmaya pis söz dedi? Lətifə gözlərini yerə dikdi: - Elələrini şəhərdən sürgün eləsələr də azdır... Qızın səsində çox əsəbi bir nida vardı. Dişlərini qıcadığı aydın gö rünürdü, - Mən axşam qayıdandan sonra ustasına deyib dərsini verdi rərəm. Xalqın uşaqları boş vaxtını oxumağa sərf eləyir, amma bu... Tahir Lətifənin qayığa tələsdiyini göriib, ne isə bir söz demək, ona təsəlli vermək istədi. - Tək niyə gəlirsən kİ? Bu sual Lətifəyə daha da toxundu. - Bəs kiminlə gəlim? Tahir tutulub dinmədi. Utanmasaydı, “məndən yaxşı kavaler?” deyərdi. - Dem əli, teatra getmirsən? Lətifə indiyəcən heç bir oğlanla teatra getməmişdi. Dedi-qoduya səbəb olmaqdan çəkinirdi. O, bəzən atası ilə, bəzən anası İlə, çox vaxt