- N ə oldu? Gəlməyib? - Yox. - Axı kimdir, bəlkə çıxıb-gedib? - Yox, hələ get... Ustanın sözü ağzında yarımçıq qaldı. Qoltuğunda göy torbalı saz, çiynində bəzəkli heybə perrona yönələn Tahir göründü. O, Ramazanın böyründən sürətlə vaqonların birinə san yüyürəndə, usta onu çağırdı: - Tahir! Tahir dönüb baxan dəqiqə yerində donub qaldı. Usta onunla üz- üzə gələndə, Tahir təəccübdən böyümüş gözlərini ona zilləyərək, ud quna-udquna soruşdu: - Kimi qarşılayırsan, usta? - Heç kimi. Gəldim ki, səni yola salım. Sən vəfasızsan, m ənə nə olub? - Bunu senə kim xəbər verdi? - Dünya xali deyil, bala, dünyada yaxşı adamlar da var... Usta Ramazan mənalı-mənalı başını tərpədib dodaqaltı güldü. 105
Ramazan, yarım saat bundan əvvəl bağçasından dərdiyi gül-çiçək dəstəsilə içəri girəndə, arvadı Nisa qan onun nə üçünsə həyəcanlan dığını hiss edib, səbəbini soruşdusa da, tez-telesik ayaqqabısını geyi nən v ə hətta əlində tutduğu gül dəstəsini stolun üstünə atan qocadan heç bır cavab ala bilmədi, oniın içəri girdiyi kimi də tez çıxıb getdiyi ni görəndə, pəncərədən dinm əz-söyləm əz onun dalınca baxdı. G özlə ri bağçanın qırağında dayanmış Cəm ilə sataşanda, “yəqin buruqda bir şey olub” deyə düşünərək sakit oldusa da, bir neçə an sonra ərinin nə üçün məhz belə tələsik getdiyinin səbəbini fikirləşəndə, ürəyinə uğursuz bir şübhə damdı. Ona elə gəldi ki, buruqda adi bir hadisə yox, ne isə müdhiş bir fəlakət üz vermiş, bu səbəbdən də qoca özünü tamam itirib, bağçadan gətirdiyi gül dəstəsini həmişəki kimi yemək stolunun üstündə duran gülqabına qoymağı belə unutmuşdu.