Usta Ramazan nəfəsini dərib: - Gərək bu buruğu bir ay tez təhvil verəm, arvad - dedi. - Əsil dava elə bundan sonra başlanır. Səngərdən qaçmaq kişilikdən deyil axı... Tahir bu sözlərin öz ünvanına deyildiyini güman edib daha da pərtləşdi: - Yox, usta, - dedi, - men də səngərdən qaçmayacağam! Bu anda qocanın qulağına bir səs dəydi. Kİm isə ağacla qapını dö yürdü. - Hə, buyur görək, qapı açıqdır, - deyə usta ayağa qalxmadan qış qırdı. - Qayinanan səni çox istəyirmiş. Gel!.. 111
Qapı yenə de döyüldü. Görünür qonaq gələn adam Ramazanın sə sini eşitmirdi. Usta yeməyini yarımçıq qoyub qapıya yönəldi. - A y seni xoş gördük!.. - deyə gələn adamı qucaqlamaq istəyirmiş kimi, qollarını açıb ucadan səsləndi. N isa ilə Tahirin gözləri qapıya zillənmişdi. Usta Ramazan, əlində yoğun bir əsa tutmuş qoca bir kişini çəkə-çəkə içəri gətirdi. - N ə əcəb səndən? N ə əcəb səndən? Ustanın, sevinci yerə-göyə sığmırdı. O, el-ayağa düşüb ora-bura vurnuxurdu, tez kürsü gətirib, özününkü ilə yanaşı qoydu: - Ay arvad, tez ol, Kərimin də payını çək! - dedi. Qonaq əsasını qapı yanında divara söykəyib, Nisa İlə ikiəlli görüş dü. Onun gəlişindən qan da əri kimi sevinərək, tez-tələsik boşqab çı xartdı, Kərim kişiyə də pay çəkdi. Tahir qonağa altdan-altdan diqqətlə nəzər saldı. Ustanın bele eh tiramla qarşıladığı adam, onun fikrincə son dərəcə əziz, nüfuzlu ve çoxdan gözlənilən bir qonaq olmalı idi. Ərlə-arvadın üzündəki mehri ban təbəssüm də, qonağın dərin qırışlarla örtülmüş simasına dikilən gülümsər gözlər də Tahirin bu ehtimalım təsdiq edirdi. Ev sahiblərinin bu hörmət ve qayğısından qocanın da həyəcanlandığı hiss olunurdu.