Bakıya yaxın qoymazdıq. Amma neyləyəsən, İngilislə şərt bağlayıb mış, fikri o imiş ki, Bakını versin güdaza... N ecə də ki, verdi... Tahir hiss elədi ki, bu mövzudan danışanda, qocaların hər ikisi həm kədərlənir, həm də ruhlanır, onların həyatında çox şərəfli saydıq ları səhifələr bir-bir vərəqlənir, Ramazan da, Kərim de Bakının ən ağır günlərində meydandan çəkilmədiklərilə fəxr edirlər. - Ay kişi, bu səndə nə xasiyyətdir, qoysana kişi xörəyi yeyə... - deyə Nisa qarı ərinə acıqlı-acıqlı baxdı. Amma Tahir üçün belə danışıqlar öz-özlüyündə də maraqlı idi. Siyasi m əşğələlərdə keç diyi dərslər indi ona birdən-birə aydın olur, Bakının çəkdiyi bəlalar bütün canlılığı ilə onun zehnində nəqş bağlayırdı. - Həmin bu Kərim ilə bir cərgədə hücum eləyirdik. Gördüm ki, yox, qılçamın birini sürüyüb apara bilmirəm... Məndən Kərim soruş du: “Bəlkə yaralanmısan?” Deyirəm “yox, deyəsən yorulmuşam”. Bir az keçir, görürəm yox qılçamdan qan fışqırır,,. Bax, mən onda gördüm Kərimi, məni çiynində düz bir verst apardı... Bozbaşı yeyib qurtarandan sonra söhbet başqa bir istiqamət aldı: - Bu zaman haradan bele, Kərim? - deyə Ramazan soruşdu. - Xanların qəbrinə getmişdim. Sağ olsunlar, yaxşı düzəldiblər. Fəhlənin qanı nahaq yerə axmayıb... gələndə uzaqdan dəniz bunıqla- rına göz qoyurdum... Bu güc ki, bizimkilərdə var, öləndə “u f ’ demə yəcəyəm ... Kommunizmi quracaqlar,,. Amma, Ramazan, hayıf, hayıf bu qocalıq meni lap nakişi elədi... Yoxsa, vallah, mən də taydan- tuşdan geri qalmazdım... Qonaq köksünü necə dərindən ötürdüsə, Tahir onun ah çəkdiyini güman elədi. Onun ürəyindən qopub gələn təəssüf, Ramazana da ö ır- rünün sona yaxınlaşdığını xatırlatdı. Onların arzusu - öz əllərila 113