çoxdan bəri qurduqları möhtəşəm sarayı görmək, doyunca sevinmək, bu dünyadan kam alıb, sonra Ölmək idi. Yekə saat Ramazanın qabarlı əlində göründü: - Tahir, oğlum, - dedi, - get dincəl, iki saatdan sonra gecə növbə sinə yola düşəcəyik,,. Sözümüz sözdür, yox? Tahir bu dəfə həm ucadan, həm də qəti cavab verdi: - Bəli, usta, - dedi, - sözündən dönən namərddir!.. 4
Qüdrət İsmayılzadənin anası Tükəzban qan, nəvəsi Şirmayıya qə ribə nağıllar söyləyirdi. Usta Ramazan bir cümlə ilə danışdığı əhvala tı o bir günə də deyib qurtara bilmirdi. Əslinə baxsan, onun nağıl deməkdə xüsusi bir məharəti vardı. Lalə trestə gedəndən Şirmayı evdə həmişə Tükazbanın ümidinə qalırdı. Qızcığaz gündüzlər dərsə gedib - gələr, axşamlar isə sabahkı dərslərini hazırladıqdan sonra nənəsinin nağıllarına qulaq asardı. Tahirlə usta Ramazan axşam növbəsinə yola düşəndən sonra, Tü- kəzban qarı, köhnə rəfiqəsi Nişanın yanma gəlmişdi. Əri Salman kişi ilə Ramazan kimi, o da cavanlıqdan Nisa ilə yaxın dost idi. Ərinin əh valatını xatırlayanda, ikisi de səssizcə ağladı. Onlar hər dəfə görüşən də keçmişlərdən söhbət açardılar. Həmişə de qəhərlənib ağlayardılar. Deyirlər ki, yaman günün dostlarını qılınc da bir-birindən ayıra bilməz. Bu ifadəni elə bil Nisa ilə Tükezbanm dostluqdakı sədaqətinə baxıb yaratmışdılar. Onlar az-az görüşərdilər, ancaq söhbətləri uzun çəkərdi. Bu gün de belə oldu. Ramazandan danışdılar, Qüdrətdən söz sal dılar. Gəfcnlərin vəfasından, nəvələrin mehribanlığından, ən axırda da zəmanədən danışıb ayrıldılar. Tükəzban qan evə qayıdanda Şirmayını yem ək otağında tək görüb, əlini dizinə çırpdı: - Bıy, başıma xeyir, anan hanı? - işə getdi, ay nənə...