la düşündü) yalvardığı səhnə onu sarsıtdı. O, gözlərini yumdu və payı zın ilıq havasında bədənini üşütmə bürüdü: “Əgər bizdə belə olsaydı, adamın ürəyi partlardı. Çünki bizdə belə bir etiqad yaranmışdır ki, elm insanı yüksəltməli, qanadlandırmalıdır. Alimin qəlbindəki böyük ar zular həqiqəto çevriləndə yalnız xalqı deyil, onun özünü do mənəvi cəhətdən ruhlandırmalı, Öz yaratdıqlarına qarşı onda saf bir iftixar hissi oyatmalıdır”. Lalə bir azdan sonra onun dalınca içəri girəndə, Qüdrəti elə otur duğu yerdəcə yuxuya getmiş gördü. Oxuduğu kitab dizinin üstündən sürüşüb yerə düşmüşdü. Lalə aşağı əyilib kitabı götürəndə, Qüdrət gözlərini açdı, - Gör necə yorğunam ki, beş səhifə de oxuya bilməmişəm. Lalə yataq otağını göstərdi: * - Yorğunsan, get yat! - Bu tezdən? - Qüdrət Lalədən kitabı aldı. - Yox, men hələ yatmaq istəmirəm. Bəlkə bir yerdən zəng oldu? - Kitabı vərəqləyib oxuduğu son səhifəni tapdı. - Sən də bu əsəri mütləq oxu! - Qüdrət Laləyə təl— qinedici bir nəzər saldı və bu sətirləri ucadan oxudu: “Marqarita! MarqaritaL Ver! Ver! Əbədi vicdan əzabı qarşısında altmış min frank nədir? Axı mən öləcəyəm , bu məni öldürəcək... Dinlə məni! Mənim sözüm müqəddəsdir, Əgər müveffəqiyətsizliye düçar olarsam, işdən imtina edib, Flandriyanı hətta Fransanı qoyub gedəcəyəm , əgər sən tə ləb etsən, günemuzd işləyən fəhlə olacağam”. - Bu nədir, Qüdrət? Qüdrət arvadına romanın süjetini danışdı və son səhifələrini uca dan oxuyub, Lalənin da eyni dərəcədə həyəcanlandığım hiss elədi, 120 < 3 V _
yavaş-yavaş ayağa qalxaraq, razı halda öz adi təbəssümü ilə gülə-gülə yataq otağına keçdi... Şirmayı isə nənəsi ilə yanaşı uzanıb Seyranın hekayəsini dinləyirdi: