mının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmaya raq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilin də dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikri nə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı: 122 < 2 V
- Cəmil, kənddən məni sən həvəsləndirib gətirmisən. Belədir, ya yox? Cəmil birdən Qüdrət İsmayılzadə ilə Tahirin söhbətini xatırladı; - Mən niyə? - dedi, - özün uşaq deyildin ki? Bir də son İsmayıl zadənin yanında nə dedin? Onda mənim sözümü kəsib demədinmi neft mədənində işləm əyə, qəhrəman olmağa həvəsim var? Əgər kişisən, boynuna al. Dedin, demədin? Tahirin boğazı quruyan kimi oldu. Doğrudan da o, Cəmilin üstünə bozararaq, könüllü gəldiyini iftixarla trest müdirinə dediyini xatırladı və ürəyində haqsız olaraq Cəmilə hücum elədiyini etiraf etməyə məcbur oldu. -Danmıram, demişəm, - deyə tutqun bir səslə cavab verdi. - Ancaq sən kəndə gələndən sonra Bakım o qədər təriflədin ki, həvəsim birə on artdı. Fikirləşdim ki, məktəb yoldaşımsan, xətrimi istəyirsən, elə mənim də sənə hörmətim vardı. Amma indi... - Axı indi nə olub ki? Bakı məndən de çox sənin xoşuna gəlmirini? - Gəlir. Sözüm onda deyil. Mən səndən danışıram sənin... - M ən həmin Cəmiləm. Senin xoşbəxtliyini istəmirəmsə, dünya da məndən alçaq adam yoxdur. Bu sözləri o köynək bir nida ilə deyərkən, Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. Amma