Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


elimi üzmüşəm. Bir həftədir üzünə həsrət qalmışam. Bu gün onu gör­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə140/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   136   137   138   139   140   141   142   143   ...   382
Sechilmish eserleri II cild

elimi üzmüşəm. Bir həftədir üzünə həsrət qalmışam. Bu gün onu gör­
məmisən ki?
117 < 2 V


- Elə bu saat yanından gəlirəm. - Lalə xörəyini qabağına
qoydu. - İşləri ağırdır, ana. Tresti çox geridə qalıb. Azı yarım il gərək
qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. Özgəsi korlayıb, ağırlıq Qüdrə­
tin boynuna düşüb...
Gəlininin üz-gözündən xörəyi bəyənib-bəyənm ədiyini oxumaq
istəyən Tükezban, Lalədən gözünü çəkməyib narazı halda başım bu­
ladı:
- Elə həmişə belə olub, qızım. Yaxşı işləməyin xeyri budur
də... - Tükəzban ürəyində oğluna həddən artıq əziyyət verənləri ya­
manladı. - Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə de
gözünə yuxu getmir.
Bütün uşaqlar kimi, Şirmayı da böyüklərin söhbətinə qulaq asma­
ğa sonsuz bir maraq göstərirdi. Ancaq o, öz fikrini deməkdən çəkinir­
di. Lalə onun belə işlərə qarışmasına razı olmurdu. Ona ele gəlirdi ki,
qızı belə şeylər haqqında düşünərsə, dərslərinə ziyan toxuna bilər.
Ancaq bu dəfəki danışıq atasına aid olduğu üçün, Şirmayı Lalənin
həmişəki öyüd-nəsihətini unudub, söhbətə qarışdı.
- Ana can, nə olar ki, atam yaxşı işlədiyinə görə belə edirlər də...
Lalə onun sözünü kəsdi:
- Dərsini hazırlanasan, ya yox? Çörəyini ye, get yat!
Böyüklərin söhbətini bütün təfərrüatına qədər dinləmək istəyən
Şirmayı, yerində qurcalandı və püstə kimi xırdaca dodaqlarını büzüb
mızıldandı.
- Axı nənəmin nağılı yarımçıq qalıb...
4 Lalə üzünə sərt bir ifadə verdi və bununla da qərarının qəti oldu­
ğunu qızma hiss etdirib dedi:
- Sabah danışar.
Lakin Şirmayı da sözün üstündə möhkəm durub inad göstərəndə,

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin