qapqara cəhənnəm ə oxşayırdı. Adamlar, elə bil, od-alov içində yanır, his olurdular. Seyran kəndə qayıtmaq istəyəndə yoldaşları ona dedi: “Hara gedirsən? Bizim üçün yer birdir. Kənd şəhərdən beterdir” . Onlar çox fikirləşdilər, ancaq pis dolanmaqlarının səbəbini tapa bilmədilər. Götürüb xozeyinlərinin əlindon padşaha şikayət yazdılar, yenə də bir fayda çıxmadı. Atalar demİşkən, it-itin ayağını basmaz. Fəhlələr yenə cəhənnəm əzabından qurtarmadılar. Şikayət yazanları tutub qazamata saldılar. Günlərin birində Bakıya hardansa igid bir cavan gəlib çıxdı. 115
Cavan bütün fəhlələrin dostu idi. O dedi: - Əgər belə getsə, bu dünyada lap o günün işığına da həsrət qala caqsınız. Dünyada əlsiz-ayaqsız adamların payını həmişə it qapar. Seyran da onun sözlərini eşitdi. Cavandan soruşdu: - Neyləyək? Cavan dedi: - Birləşək, sözü bir yerə qoyaq. Onda heç kəs bizə batanmıaz. O gündən Seyranm yoldaşları and içib əhd elədilər ki: “Ölsək də, qalsaq da birik”. Tükəzban yenə qızcığazın saçlarını oxşadı: - Seyran onunla yaxm dost oldu. O nə desəydi, hamı qulaq asırdı. Ancaq fəhlələrin düşməni də çox idi, qızım... O cavanın Bakıya gəl məyindən xəbər tutmuşdular. Sən görməmisən, o vaxtlar jandarmlar vardı. Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata salırdılar. Hardansa gələn cavanı da hey axtardılar. Amma fəhlələr onu ələ vermədilər. O, her gün bir evdə gecələyirdi. Fəhlələrin hamısı onun xətrini istəyirdi. Öz ölümlərinə razı olardılar, ancaq onun tutul mağına yox. Axtardılar, axtardılar, yenə də tapa bilmədilər. Bu vaxt Seyran anasını, nişanlısını Bakıya gətirmək fikrinə düşdü.