Yoldaşları köməkləşib ona bir balaca daxma düzəltdilər. Seyran kəndə qayıtdı. Ora çatanda xəbər tutdu ki, yazıq anası naxoşlayıb, sonra da Allah rəhmətinə gedib. Seyran anasını çox istəyirdi. Onun ölümünü eşidəndə uşaq kimi hönkürüb ağladı. Anasının qəbri üstə getdi. Ancaq əlindən nə gələrdi? Olan olub, keçən keçmişdi. Anasının yasını saxlayıb, nişanlısı Cavahi rə toy eləmədi, elə-b elə götürüb Bakıya gətirdi. Gün keçdi, ay dolandı, Seyranla yoldaşları bir də baydaq götürdü lər, küçələrə çıxdılar. “Padşahı istəmirik” dedilər. Atlı kazaklar gəlib onlan gülləbaran elədilər. Ölən öldü, qalanlardan çoxunu tutub qaza mata saldılar. Seyranı yaralı-yaralı tutdular. Hər gün onu çağırıb danışdırır, o igid cavanın yerini soruşurdular, Seyran ilqarına düz çıxıb yoldaşlarını sat madı. Onu gündə neçə kərrə döyüb incidirdilər, ancaq yenə də oğlanın yerini demirdi ki, demirdi. Axırda onu da, fəhlə yoldaşlarının bir neçə sini də Sibirə sürgün elədilər. Şirmayı nənəsindən soruşdu: - Bes Leninin yanından gələn necə oldu? H6 O V
- Sonralar onun da yerini öyrəndilər. Tutub qazamata saldılar... Tükəzban nağılının bu yerinə çatanda dərindən köksünü ötürüb, sü kuta qərq oldu. Əlini nəvəsinin saçlarında gəzdirib yenə sözünə davam etmək istərkən, qapının zəngi çalındı. Şirmayı yerindgn sıçrayıb yüyür dü, tez qapını açdı. Gələn Lalə idi. Qızı onun qıçlarına sarıldı: - Ana, - dedi, - nənəm elə yaxşı bir nağıl başlayıb ki... Lalə gəlib koloğayısım başından açdı, bir tərəfə tulladı. Onun üst- başı səliqəsizdi. Ancaq açıq qumral gözlərindən yorğunluq tökülürdü. Tiflisi ve tumanı gil məhlulundan lək ə-lək ə olmuşdu. - Bu nədir, ana? - Şirmayı onun üstündəki ləkələri göstərdi. - yenə