- Gör başım sözə-söhbətə nə təhər qanşıb ki, bir də ayılanda gör müşəm qaranlıq düşüb... Şirmayı, adəti üzrə, divanda oturub bardaş quran nənəsinin yanına yüyürər, başını onun dizi üstə qoyub, söylədiyi maraqlı nağılları din- lərdı. - Ay nənə, anam dedi ki, bu axşam bir az gec gələcəyəm . - N iyə ki? - Trestdə iclası var. İstəyirsən, zəng eləyib soruşum. - Yox, ömrüm-günüm, vaxtını alma. Şirmayı yenə qarının böyründə uzanıb başım onun dizi üstə qoydu: - Anam dedi ki, bu axşam musiqi müəlliməsi gəlm əyəook... İndi bir nağıl yox, ikisini danış, yaxşımı? - İstəyirsən, lap üçünü danışım. - Tükəzban qan duruxdu. - Han sını istəyirsən? - Təzəsini, təzəsini!.. - Təzəsi qalıbını ki? Uzun bir sükut oldu. Doğrudan da Tükəzban bildiyi nağılların ha mısını danışıb qurtarmışdı. Son vaxtlarda ö z gözü ilə gördüyü hadisə ləri də nağıl adı ilə söyləm əyə başlamışdı. Ancaq bunu Şirmayı hiss edə bilmirdi. Onun ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı, - Ay nənə, - deyə o, qarının qucağına daha da bərk qısıldı, - qoy nağıl uzun olsun, tez qurtarmasın. Tükəzban fikirləşdi, tezə bir nağıl da danışdı: - Seyran adlı bir cavan oğlan vardı, qızım... - O, nəvəsinin qıvrım tellərini sığallaya-sığallaya sözə başladı. - Atadan yetim qalmışdı. Kənddən Bakıya gəldi, fəhləliyə girdi. O zamanlar adamın ürəyi açıl mır, üzü gülmürdü. Seyran da belə qəmgindi. Həmişə fikri-zikri kənd də idi. Orada anasım tək qoyub gəlmişdi. Puldan-paradan qazanıb onun yanına qayıtmaq istəyirdi. Ancaq bu mümkün olmurdu. G ecə- gündüz əlləşirdisə do, heç nə artıra bilmirdi, aldığı donluqla anası İlə özünü güclə dolandırırdı. Fəhlələrin çoxusu belə idi. Onda mədənlər