Onun iri elləri titrəyir, deyəsən təşəkkürünü bildirməyə belə söz tapa bilmirdi. Boz parusindən köynək və şalvar geymiş bu qocanın gündüz işığında parıldayan gözləri, ən çox da bu gözlərin canlı v ə iti baxışla rı Tahirə tanış göründü: “Bu kişini haradansa tanıyıram” deyə sürətlə xəyalından keçirdi. * Ramazanla yanaşı oturan qonağın qarşısındakı dolu boşqab buğla nırdı. Ancaq o, nədənsə, xörəyə deyil, gah Nisaya, gah da Ramazana baxıb gülümsəyə-gülümsəyə başını qaldırıb - salırdı. Bu anda Ramazan qaşığı əlinə alıb, bir müddət havada tərpədə-tərpədə Tahirə üz tutdu: - Oğlum, bax bu Kərimi görürsən? Mənim köhnə dostumdur. Yaxşı günün yox, yaman günün dostudur! M ənə çox köməyi dəyib. Yaxşı deyiblər ki, hər şeyin təzəsi, dostun köhnəsi... O vaxtlar sən holo anadan olmamışdın. Bakının üstünə bir yandan osmanlı qoşunu hücum çəkirdi, bir yandan da ingilis dişini qıcamışdı... Əşi, bu nöyü- tün başında çox bəlalar var. Yaxşı yadımdadır, eser köpəyuşağı başla mışdı ki, bizi qurtarsa, ingilis qurtaracaq... Onda bax, bu gözünə döndüyüm Kərim qolunu çırmayıb düşdü ortalığa, nə yemisən turşulu aş, əz ki əzəsən o eser köpoyoğlunu... Gərək ki, onun çeşməyi do 112
vardı, mazutlu palçığa düşdü, ha çalışdısa tapa bilmədi... O gündən sonra daha onlardan modenə gəlib baş-beynimizi tökən olmadı... “Ho tanıdım, tanıdım, mən Bakıya gələn axşamı tramvayda gördü yümüz kişidir” deyə Tahir sevinclə düşündü və qaşıq əlində donub qaldı. Qonaq da yem əyə başladı, amma dostunun dedikləri onu bozbaş dan daha çox maraqlandırırdı: - Ho, he, - deyirdi. - Gəncənin qoçulan da hamıdan çox canfəşan lıq eləyirdi. Bir cavan uşağı tutub asmışdılar... - Kərim kişi yanıqlı -y a n ıq lı köksünü ötürdü. Daşnaqlar cəbhəni boşaltmasaydılar, onlan