- O yenə susdu, bir neçə anlıq sükutdan sonra, getməyinin səbəbini yalnız indicə tapmış kimi, aşağı əyilm iş belini düzəltdi v ə əlavə etdi: * - Anamı tək qoyub gəlmişəm, usta. Kənddə onun heç kəsi yoxdur. Tahir yenə anasının məktubunu xatırladı. Onu döş cibindən çıxa rıb ustaya göstərmək də istədi. Birdən “lazım deyil özünün azmı derdi var?” deyə düşünüb bu fikrindən daşındı. Usta Ramazan Tahirin qəribsediyini Nisaya söyləyəndə, məhz anası üçün darıxdığını nəzərdə tuturdu, amma onun bu cavabının qeyri-səmimi olduğunu duyub, dedi: - Daha qaçmaq niyə? Bunu m ənə əvvəldən deyə bilməzdin? - Öz derdin azdırmı, usta? Usta qaşqabağım yığışdırdı, nüfuzedici gözlərlə şagirdinə baxdı: - Dərdim? Mənim nə dərdim var? - dedi və Nisamn burada oldu ğunu unudaraq səsini ucaltdı: - Mənim dərdim odur ki, oğlanlarımı yollamışam davaya. İndiyəcən heç birindən xeber-ətər yoxdur. Onla- 108
C ? V
nn əvəzinə adam yetişdirmək lazımdır, ya yox? Sən də ol mənim oğ lum, ya da nəvəm, çalış irəli get də... Yaxşı, tutaq ki, qaçdın. Bundan anana nə fayda?.. Eh, oğlum, siz xoşbəxt zəmanənin övladlansı- nız!.. - Qoca duruxdu. - Ancaq deyəsən cavanlar bu zəmanənin qədrini yaxşı bilmirlər... Usta həyəcanlanıb, ayağa qalxdı, eli belində otaqda var-gəl etdi, sonra iso Tahirin başı üzərində dayandı: - Keçmişdə Paşam, Əhmədi oxutmaq istədim, gücüm çatmadı, on iki-on üç yaşa çatanda aparıb güc-bəla dəmirçi şagirdi qoydum. Şura hökuməti olmasaydı, onlar da mənim kimi savadsız qalacaqdılar. İndi sizə nə var ki?.. N ə qodər istəyirsiniz oxuyun, işləyin, irəli gedin. İndi elə bir zəmanədir ki, insanın bəxti öz əlindədir. Tahir nə isə demək istədi, ancaq tez də fikrini dəyişdi. Bunu dərhal