ikisinə eyni gözlə baxır, birinə hədiyyə alanda, o birini yaddan çıxar mırdı. Gəlinlər müharibədən əvvəl də, indi də müəllimlik edirdilər. Nisa, təkcə oğlanlarının deyil, gəlinlərinin də taleyini düşünürdü. Budur, məğribdə də, məşriqdə də müharibə qurtardı, amma nə Paşadan, nə də Əhməddən bir xəbər var. Ramazan Tahirlə bərabər vağzaldan qayıdıb gələndə, Nisa qəmli düşüncələrdən ayrıldı: 107
- Bu nə idi, ay kişi? - dedi. - Lap ürəyimi yedim ki... Hara gedirdin? Usta gülümsəyib yan zarafat, yarı ciddi bir əda ilə cavab verdi: - Tahiri yola salmağa getmişdim, - deyə ardınca gəlib qapıda da yanmış v ə utandığından içəri girmək istəməyən Tahirə üz tutdu. - Bəri gəl, oğlum, bəri gəl!.. Tahir sazını və heybəsini şüşəbəndli balkonun qapısı ağzında qoydu və başı sinəsinə enmiş halda, elə bil qorxa-qorxa yavaşca və səssiz addımlarla içəri girdi. Təəccüblə üzünə baxan Nisa qarının ya nından ötüb (ona salam verməyi də unudaraq) ustanın göstərdiyi kür südə oturdu. - Otur, bala otur! - qoca, Nİsaya tərəf döndü: - Tahir dediyim oğlan budur arvad, Bakıda qəribsəyib. Kəndə getmək istəyirdi, qatara gecikdi... Ərinin süzlərindəki incə istehzanı yalnız indi hiss edən qarı, Tahirin boy-buxununa, üz-gözünə daha da maraqla baxmağa başladı. Usta gəlib Tahirin düz qənşərində oturdu: - Hə, indi danış görüm, bu nə əhvalatdı, oğlum? Görünür günah məndə olub, yəqin xətrinə dəymişəm. Tahir vağzaldan evə gəlincəyədək bir kəlmə də danışmamış qoca nın bu teneli sözlərini eşitdikdə, yavaş-yavaş başım yuxan qaldırdı, utancaq və ürkək nəzərlərlə ona baxdı: - Y ox, usta, səndən şikayət eləm əy ə mənim nə haqqım var?