ayrılıqda danış. Yəqin sözlərin onun xətrinə dəyib. Sən bizim fəhlə cavanlara baxma. Onlarla ne qədər sərt danışsan, yenə tənqiddən in ciməzlər, amma bunun xasiyyəti başqa cürədir. Dadaşlı, Tahirin kənarda işsiz dayandığını görüb, onu Cəmilin va sitəsilə yanma çağırtdırdı və mədəni budkaya apardı. Onlar, üstünə təzə jurnal və qəzet qoyulmuş stolun dalında əyləşdilər. Tahir, küsülü kimi, yanakı oturdu. 95 C 2 V .
-- Sən nə yaman acıqlısan? - deyə Dadaşl ı gülümsədisə də, onun sir-sifətində ele bir dəyişildik əm ələ gəlmədi, yalnız dodaqlarının ucu azacıq qaçdı ve ağ, seyrək dişləri göründü. - Axı niyə o saat adamın ağzından vurursan? Ustanın yanında böyük bir günah işlədiyini yalnız indicə tam m ə- nasilo anlayan Tahir susur, aralarında baş verən ixtilafı bir daha qızış dırmaq istəmirdi. - Əlbət ki, men sendən incimirəm, - deyə Dadaşfı səsini yavaşıtdı. — O barədə arxayın ol. Küsü saxlamağa heç birimizin haqqımız yox dur. Amma sözün doğrusunu gizlətmək də faydasızdır, Menim dedi yim odur ki, hər bir komsomolçu gərək qabaqcıl ola. “Hə, başladı təbliğata” deyə Tahir sürətlə xəyalından keçirdi. - Bax, bizim trestdə üç briqada var. Hamısını da barmaqla göstə rirlər. Niyə? Çünki onlar neftin mənasını yaxşı başa düşürlər. Neft nədir? O təkcə yanacaq deyil. Neft, respublikamızın namusu, şərəfidir! Tahir özü də fərqinə vannadan yavaş-yavaş yerində qurcalanıb düz oturdu. Amma yenə də Dadaşlının üzünə baxmır, inadla sükut cdindi. - Ona görə sən də, mən də o biri yoldaşlarımız da görək gecə bil məyib, gündüz bilməyib can yandıraq. Dadaşlının sözləri Tahirin beyninə o qədər də batmırdı: “Bu barə