Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Tahirlə bir vaxtda soyunub yerinə girmiş Cəmil isə çoxdan



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə119/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   115   116   117   118   119   120   121   122   ...   382
Sechilmish eserleri II cild

Tahirlə bir vaxtda soyunub yerinə girmiş Cəmil isə çoxdan
yatmışdı. Kim bilir, bəlkə də Tahirə belə görünürdü? Onun Lətifəyə
dair deniz sahilində zarafat tərzilə dediyi sözlər Tahirin könlünə to­
xunduğu üçün, ta indiyə qeder Cəm illə bir kəlmə də danışmamışdı.
- Olsun! - deyə Tahir pıçıldadı, anasının məktubunu bir də açıb
oxudu, sonra qatlayıb zərfə qoydu, yerindən səssizcə qalxdı, hər an
ehtiyatla ətrafına baxaraq paltarını geyindi. İş paltarını səliqə ilə büküb
çarpayısının başından asdı. Diqqətlə Cem ilə nəzər salaraq, onun bərk
yatdığım yəqin etdikdən sonra ayaqlarının ucunda yeriyib çarpayısının
aşağısındakı tumboçkam açdı, oradan heybəsini çıxardı. Sonra yastı­
ğının altından yun şərfini götürüb heybəyə qoydu, Parakəndə halda
pəncərənin qabağına tökülmüş kitablarını da götürüb heybənin o biri
gözünə doldurdu. Oranı-buranı axtardı. Uzunboğaz çəkmələrini qəze­
bükmək istərkən, xışıltı Cəmili oyatmasın deyə qəzeti bir tərəfə
atdı, çəkmələrini də elə tozlu-tozlu heybəyə basdı, yenə diqqətlə C ə­
milin üzünə baxdı. Bu dəmdə onun üzündə çətinliklə sezilən istehzalı
101


bir təbəssüm oxuyub, bir an duruxdu: “Bolkə yatmayıb?” deyə şübhə­
li-şübhəli özü-özündən soruşdu. N əfəsini belə çəkmədən yenə gözlə­
di. O istehzalı təbəssüm Cəmilin dodaqlarını, sonra da yanaqlarım bü­
rüdü. “Yatmır” deyə düşündü, iki-üç dəfə qəsdən öskürdü. Yox,
Cəm il gözlərini açmadı. Demək, Tahirə belə görünürmüş...
Pınldaşaraq uçuşan sərçələrin səsi Tahiri səksəndirdi.
- Cəhənnəmə ki! - deyə o, sazım qoltuğuna vurdu, heybəsini çiy­
nindən asaraq dırnaqlarının ucunda, səssizcə addımlarla yeriyib qapım
açdı v ə çiyni üzərindən geriyə baxaraq otaqdan çıxdı.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin