Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


eləm əz... Bu anda buruğun işıqları titrədi. Hamı dönüb bir səmtə baxdı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə107/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   103   104   105   106   107   108   109   110   ...   382
Sechilmish eserleri II cild

eləm əz...
Bu anda buruğun işıqları titrədi. Hamı dönüb bir səmtə baxdı.
Yekə bir qayıq buruğa yan almışdı, ismayılzadənin sifətində yenə öz
adi təbəssümü parıldadı. Bədirli qazıma borularım gətirəndə düz saat
ikinin yansı idi...
O, qayıqdan düşüb buruğa qalxanda İsmayılzadəni görüb sevindi:
“Yaxşı oldu, özü gördü” deyə düşünüb derindən nəfəs aldı.
- Ohh... Gülo-gülə adamın boğazını kəsir! — deyə öz-özünə pıçıl­
dadı...
91 < 3 ^


ÜÇÜNCÜ FƏSİL
1
İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan
yeri ağarırdı. Deniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə
qalaqlanmış ağ buludlar ağır-ağır hərokət edib cənuba doğru sürünür­
dü. Gecədən əsm əyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir,
dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bo­
zumtul, qırmızı rəngə çalırdı.
Buruqda çalışan fəhlələr isə, hər şeyi unudub, boş keçən saatların
əvəzini çıxmaq üçün təzə boruları quyuya sallayırdılar. Ramazan bir
an belo fəhlələrdən aralanmır, en adi işlərə diqqət yetirir, tələsmədən
gah Cəmili, gah da Tahiri başa salırdı.
Günəş qalın buludları yırtıb hor tərəfə işıq saçanda artıq rotor adi,
yeknəsəq səsilə fırlanırdı. Qazıma işi axşamkı sürətlə davam edir, hər
kəsdə gərgin bir diqqət nəzərə çarpırdı.
Lakin Tahirin fikri yenə kənddə və anasının yanında İdi, İndi onun
ürəyini ana həsrəti göynədirdi. Bütün həyatı boyu anasından bu qədər
ayn yaşadığı yadına gəlmirdi. Burda hər şeyi bəyənir, hər şeydən zövq
alırdısa da, ana nəvazişinin və ana qayğısının yoxluğunu hiss etdikcə,
balaca bır uşaq kimi qəribseyirdi: “O burada olsaydı, Bakını heç nəyə

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin