uzaqlarda, yenə oxumağa başladı. Bülbül fəğan elər, gül həvəsindən, Qoşa nar asılıb yar sinəsindən, Elə gal, elə get bağ-bərəsindən, Bülbüllər hürküşüb, gül inciməsin. Gözəllər içində sən qızıl güllər, Dolansın başına şeyda bülbüllər. Əsmə, səba yeli, titrəmə çöllər, Cığalar tərpənib, tel inciməsin... Hər tərəfdən “sağ ol!” səsləri yüksəldiyi zaman, Tahir ixtiyarsız olaraq dönüb geriyə baxanda fəhlə yoldaşlarını gördü: - indi də ikinci nömrə qurtardı... - deyə gülümsədi. - B əs usta ha rada qaldı? 7
Qüdrət ismayılzadə yeddi-səkkiz gündən bəri evində gecələm ə mişdi. A zəm cft birliyində səhər-axşam yeni buruqlann layihəsi müzakirə olunur, İsmayılzadə ile geoloqlar arasındakı münaqişələr get-gedə qızışır, çox vaxt səhər saat dörddə-beşdə qurtarırdı. Qüdrət, yeni dəniz buruqlannda aparılan qazıma işlərinin sürətilə qətiyyən kifayətlənmədiyi üçün, Azəmeftdəki gurultulu mübahisələr qurtarandan sonra də evinə qayıtmır, işi ləngidən səbəbləri öyrənmək məqsədilə, ayrı-ayn briqadalara bilavasitə özü baş çəkir, elə oradaca tapşırıqlar verir, o günün sabahısı da təyin etdiyi vaxtda gəlib, tapşırıq larının doğrumu, yanltşrm yerinə vetirildivini yoxlayırdı. Trest nəzdin dəki qazıma idarəsinin iş sürəti artmışdısa da, Qüdrət hunu yalnız işdəki dönüşün ilk mərhələsi hesab edirdi. H ələ də, bəzən ən cüzi bir səbəb nəticəsində ayn-ayn buruqlann işi dayanır, verilən günenlik tapşınğm yarısı da ödənilmirdi. Ona görə də Qüdrəti öz kabinetində 81 O V .
tapmaq olmurdu. Katibəsi telefon zənglərinə: “yoxdur, dənizə gedib” sözlərindən başqa bir cavab verə bilmirdi, İki-üç saatdan bəri katibə