2.1.1. Bakı buxtasının ekoloji vəziyyəti və onu formalaşdıran amillər.
Abşeron yarımadasında yuxarıda qeyd edilən ekoloji problemlər Bakı
buxtasında daha kəskin şəkildə nəzərə çarpır. Bu ərazidə L.M.Hüseynova tərəfindən
Xəzər dənizinin ekoloji vəziyyətinin qiymətləndirilməsinə dair geniş elmi-tədqiqat
işləri aparılmışdır [11].
Bakı buxtası Xəzər dənizinin qərb sahilində Abşeron yarımadasının cənubunda
yerləşir. Dəniz sərhəddi şərqdə Sultan Burnu, cənub-qərbdə isə Şıx Burnu götürülür,
17
Qum, Daş Zirə, Böyük Zirə adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km
2
, sahil
xəttinin uzunluğu isə 22 km-dir. Buxtanın qərb hissəsi nisbətən dərin, cənub-şərq
hissəsi isə dayaz və daşlı olub dərinlik orta hesabla 0-25 m arasında dəyişir. Bakı
şəhərinin birinci sahil terrası tamamilə buxtanın sahil xəttinə uyğun gəlir. Buxta
Xətai, Səbail, Nəsimi rayonlarının yaşayış massivləri və sənaye müəssisələrinin
çirkab sularının çıxış nöqtəsinə çevrilmişdir.
Ədəbiyyatlarda göstərilir ki, Bakı buxtası tarixi inkişafın bütün mərhələlərində
Xəzər akvatoriyasının intensiv antropogen və texnogen təsirə məruz qalan rayonu
olmuşdur. Bakı aqlomerasiyasının zərərli təsirinin 50%-dən çoxu Buxtanın payına
düşür. Bakı buxtasına uzun illərdən bəri axıdılan çirkləndiricilər sahilə yaxın
ərazilərdə, dənizin dibində toplanaraq 0-3,5 m qalınlığında neft məhsulları, ağır
metallar və digər inqrediyentlərlə çöküntü təbəqəsi əmələ gətirmişdir. Digər tərəfdən
Bakı şəhərinin bütün neft emalı müəssisələri, neft terminalları, yük, sərnişin limanları
və körpüləri Buxtanın sahil zolağında yerləşdirilmişdir [11].
Xəzər dənizində səviyyə tərəddüdü müxtəlif ekoloji problemlərin yaranmasına
və çirklənmələrə səbəb olmuşdur. Təsadüfi deyil ki, artıq 1980-ci illərdə Bakı buxtası
Xəzər dənizinin ən çirkli zonası kimi xarakterizə olunmağa başlamışdır. 1985-2000-
ci illər ərzində Bakı aqlomerasiyasında orta hesabla formalaşan və dənizə axıdılan
300 mln.m
3
çirkab suyun orta hesabla 225 mln. m
3
və ya 75%-i Bakı buxtasına
axıdılmışdır. Suyun tərkibində neft və neft məhsulları, fenollar, biogen maddələr və s.
inqrediyentlər normadan qat-qat yüksək olduğu müşahidə edilmişdir. Təkcə
karbohidrogenlərin qatılığı yol verilən həddən 15-20 dəfə artıq müəyyən edilmişdir.
Neft və neft məhsulları daşıyan tankerlərin Buxta ilə birbaşa əlaqəsi, həmçinin bütün
gəmi təmiri zavodlarının tullantılarının təmizlənmədən akvatoriyaya atılması ekoloji
tarazlığın pozulmasına şərait yaratmışdır [11, 15,23].
2004-cü ildə Bakı buxtasını və dənizin ona yaxın hissəsini çirkləndirən
obyektləri müəyyən etmək, çirklənmə mənbələrini tədqiq etmək, çirklənmə
dərəcəsini kəmiyyət və keyfiyyətcə qiymətləndirmək üçün keçirilən monitorinq za-
manı buxtaya 47 çıxış xətti vasitəsilə gün ərzində orta hesabla 600 min m
3
müxtəlif
tərkibli çirkab suların axıdılması müəyyən edilmişdir. Axarların əksəriyyətini məişət
18
fekal suları, bir qismini isə sənaye axarları təşkil etdiyi məlum olmuşdu.
Buxtanın
çirkləndirilməsində əsas rol oynayan axarlar əsasən şəhər ərazisində yerləşən
obyektlərin, sənaye müəssisələrinin və şəhər bələdiyyəsinin, bir qismi də dənizdə
fəaliyyət göstərən gəmiçilik idarələridir. Xəzər dənizində gəmiçiliklə məşğul olan
əsas müəssisələr Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Dəniz Neft Donanması, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Hərbi Dəniz Qüvvələri, “Caspian Fiş"
və s. göstərmək olar [11].
Bakı buxtasını neftlə çirkləndirən əsas sənaye müəssələrindən biri “Bibi-
Heybət” NQÇİ-dir. Azərbaycan neft sənayesinin təməlini qoymuş müəssisələrdən biri
sayılan bu qədim idarə 1873-cü ildən fəaliyyət göstərir.
“Azərneftyağ” neft emalı zavodunun 20 saylı körpüsü əsasən zavodda istehsal
olunan neft məhsullarının ixracı üçün istifadə olunur. Eyni zamanda Dəniz Neft
Donanmasının tabeliyində olan gəmilərdən yığılmış döşəməaltı suları “SLV-410”
gəmisi vasitəsilə zavoda ötürülür. Bu körpü 90 -cı illərdə istismara verilmişdir.
Körpünün ümumi vəziyyəti qənaətbəxş olsa da, 1991-1992-ci illərdə dəniz
səviyyəsinin qalxması üzündən köhnə körpü və onun tikililəri, nefttutucular,
kompressor stansiyası, operator xidməti otaqları su altında qalmış və ətraf sahələr
neftlə çirklənmiş vəziyyətdədir. Körpü yaxınlığında əvvəllər istismar olunan taxta
körpünün qalıqları da dənizdən təmizlənməmişdir. “Azərneftyağ” NEZ-in istehsalat
sahələrində formalaşan sənaye və məişət-fekal çirkab suları mexaniki təmizləmə
qurğularında təmizləndikdən sonra 2 sərbəst çıxış xətti vasitəsilə dənizə axıdılır.
İstismarda olan hər iki təmizləyici qurğu fiziki və mənəvi cəhətdən köhnəlmiş olub
günün tələblərinə cavab vermir. Zavodun 1 saylı sexinin turşulu suları isə
təmizlənmədən birbaşa dənizə axıdılır. Son illərdə zavodda aparılmış yenidənqurma
işləri nəticəsində bir neçə yeni texnoloji qurğuların tikilib istismara verilməsi ilə
həmin qurğular ətrafında abadlıq işləri görülsə də köhnə texnoloji qurğuların ətrafı
neftlə çirklənmiş vəziyyətdədir [20].
Bakı buxtasının çirklənməsində heç də az rol oynamayan istehsalat
müəssisələrindən biri də “Qum adası” NQÇİ-dir. İdarə buxtanın şimal-şərqində
yerləşərək əsasən 3 yatağı (“Hövsan”, “Qum-Dəniz” və “Bahar”) istismar edir. Qum
19
adası Sultan burnundan 4 km cənubda yerləşir. Bu yatağın quyuları uzunluğu 14,2
km olan estakada üzərində 1955-ci ildən istismar olunur. Yataqda istismar olunan
estakadanın 2,3 km-i qəzalı, 1,4 km-i isə atılmış vəziyyətdədir. NQÇİ-də istismar
olunan 7 ədəd fərdi özülün 6 ədədi qəzalı vəziyyətdədir [11,12].
2006-cı ildə keçirilən monitorinqlər nəticəsində birbaşa Buxtaya tökülən 65
axar qeydə alınmışdır ki, bunlardan 20-si Xətai. 2-si Nəsimi, 43-ü isə Səbail rayonları
ərazisindəndir. Nəticə etibarilə gün ərzində qeydə alınmış axarlarla təqribən 609,7
min m
3
-ə yaxın çirkab su Bakı buxtasına axıdılır. Bunun 58 min m
3
-ni Buxta
ətrafında yerləşən və birbaşa dənizə çıxışı olan sənaye müəssisələrinin çirkab suları
təşkil edir. Bakı şəhərində “Böyük Bakı Kanalizasiya Şəbəkəsi”nin tikintisi başa
çatdırılmadığından, formalaşan məişət-fekal sularının böyük həcmi təmizlənmədən
və zərərsizləşdirilmədən leysan kollektorları vasitəsilə Bakı buxtasına axıdıldığından,
onu uzun illərdən bəri çirkab suların toplanma məntəqəsinə çevirmişdir. Sahil boyu
yerləşmiş neft emalı, gəmi təmiri zavodlarının, NQÇ idarələrinin istehsalat və digər
çirkab suları, eləcə də dənizdə fəaliyyət göstərən üzən vasitələrin, digər obyektlərin
mövcud normativlərə riayət etməmələri, baş verən qəza halları Bakı buxtasının
acınacaqlı hala düşməsinə səbəb olmuşdur və bu proses davam etməkdədir.
Götürülən su nümunələrində aparılan təhlillərin nəticəsi axarlar vasitəsilə Bakı
buxtasına gətirilən çirkləndiricilərin miqdarının normadan dəfələrlə yüksək olduğunu
göstərir.
Bakı buxtasının sahil xətti boyunca 3 ekoloji zona formalaşmışdır:
•
Şıx burnu-Paris Kommunası zavodu zonası (Bibi-Heybət zonası);
•
Paris Kommunası-Ticarət Limanı (Milli Park zonası);
Ticarət Limanı Sultan Burnu zonası (Zığ zonası).
Bakı buxtasında birinci ekoloji zona gəmi təmiri zavodları və “Bibi-Heybət"
NQÇİ-nin hasilat zonasını əhatə edir. Ərazinin yaşayış məntəqələrində
mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, çirkab sular təmizlənmədən
32-ci kanal və sərbəst çıxışlarla Bakı buxtasına axıdılır.
Buxtaya göstərilən güclü antropogen təsirlərdən biri də 32-ci kanal
vasitəsilədir (12000 m
3
/gün). Başlanğıcını Badamdar qəsəbəsindən götürən kanala
20
müəssisələrdə formalaşan çirkab sularla yanaşı, 20-ci yaşayış sahəsi və onun
ətrafındakı yeni salınmış yaşayış massivlərinin, eləcə də Bayıl qəsəbəsinin bir
hissəsinin məişət-fekal suları axıdılır.
Gəmi təmiri zavodlarında da formalaşan çirkab sular zərərsizləşdirilmir.
Zonada Şıx qəsəbəsi, Şıx sanatoriyası, 1 saylı Fizioterapiya Xəstəxanası,
“Xəzərdənizneftdonanma" İdarəsinin Gəmi Təmiri zavodu, İ.Allahverdiyev adına
Gəmiqayırma və Gəmi Təmiri zavodu, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “Cənubservis” Tikinti Tresti, “Bibi-Heybət" NQÇİ, “AzFen-TekFen”
Alyansının bazası, ARDNŞ-nin “Xəzərdənizneftdonanma” İdarəsinin gəmi yanalma
körpüləri, təmir bazaları, Paris Kommunası adına GTZ və digər çoxsaylı obyektlər
fəaliyyət göstərir.
Son illər Bakı buxtasının təmizlənməsinə xidmət edən dənizdə neft-zibilyığan
gəmilərinin fəaliyyət göstərməməsi Buxtanın daha çirkli görünməsinə səbəb
olmuşdur. Milli Park zonası əsasən yaşayış massivini əhatə edir. Bakı Kanalizasiya
Xidməti İdarəsinə məxsus 10 kollektordan 9-nun çıxışı bu zona daxilindədir. Buradan
Buxtaya məişət və qarışıq mənşəli çirkab sular daxil olur. Bu zona kəskin çirklənmə
dərəcəsinə görə seçilir. Yay aylarında istirahət zolağında yaranan kəskin qoxu
əhalinin istirahətinə mane olur. Suyun özünübərpa prosesi pozulmuş və onun təbii
keyfiyyətləri sıradan çıxmışdır. Ticarət Limanı ərazisinə daxil olan tankerlərin,
bərələrin, xidmət obyektlərinin zonanın ekoloji mühitinə təsiri yüksəkdir.
Zığ zonası isə neft-kimya sənaye zonası kimi formalaşmışdır. Ekoloji zonada
“Azərneftyağ” Neft Emalı zavodu, 1 saylı İstilik Elektrik Mərkəzi, Zığ Mexaniki
Təmizləyici Qurğusunun qəza kollektoru, Heydər Əliyev adına Bakı Neft Emalı
zavodu, gəmiyanalma körpüləri, “Xəzərdənizneftdonanma” İdarəsinin İxtisaslaş-
dırılmış Dəniz Neft Donanma İdarəsi, çoxsaylı tikinti və ictimai iaşə, xidmət
obyektləri fəaliyyət göstərir. Bunlarla yanaşı, Bakı Kanalizasiya Xidməti İdarəsinin
“Keşlə” və “8-ci km” qəsəbələri leysan suları kollektorları vasitəsi ilə dənizə ən çox
təmizlənməmiş və zərərsizləşdirilməmiş çirkab sular axıdılır. Bakı buxtasının bu
zonası da yüksək çirklənmə dərəcəsi ilə seçilir. Sahil zolağında yerləşən
müəssisələrdən və üzən vasitələrdən Bakı buxtasına gündəlik daxil olan suyun həcmi
21
600-650 min m
3
arasında dəyişir. Çirkab suların keyfiyyət göstəricilərində neft
məhsulları xüsusi yer tutur. Belə ki, 32-ci kanaldan Bakı buxtasına il ərzində 13,1 t,
“Azneftyağ” Neft Emalı zavodundan 12,0 t, Zığ Mexaniki Təmizləyici Qurğusunun
qəza kollektorundan 65,44 t, Heydər Əliyev adına Bakı Neft Emalı zavodundan 14,0 t
neft məhsulları daxil olur [11].
Bakı buxtası üçün ən mühüm problemlərdən biri Şıx Paris Kommunası adına
Gəmi Təmiri zavodu arasındakı ekoloji zolaqda formalaşan tullantı suların
təmizləyici sistemlərə yönəldilməməsidir. [11, 12].
Zolaq boyu qeyri-qanuni yaşayış tikililərinin sayı artmış, onların heç biri
kanalizasiya şəbəkəsi ilə təmin edilməmişdir. Badamdar yaylası boyu formalaşan
təsərrüfat-məişət suları relyef boyu axaraq 32-ci kanala, oradan isə “Bibi-Heybət”
NQÇİ-nin mədən ərazisindən təmizlənmədən Bakı buxtasına tökülür. Kanalın
tutularaq daşması mədən ərazisindən neft məhsulları ilə çirklənmiş gölməçələri və
torpaqları yuyaraq birbaşa Bakı buxtasına axıdılmasına şərait yaradır.
Problemin
aradan qaldırılması üçün zonanın kanalizasiya şəbəkəsi və təmizləyici sistemlə təmin
edilməsi zəruriyyəti günün vacib tələbidir.
Mühüm ekoloji problemlərdən biri Bakı buxtası ekvatoriyasının metal
tullantıları ilə çirklənməsidir. Hazırda “Xəzərdənizneftdonanma” İdarəsinə məxsus
11, Azərbaycan Respublikası Dövlət Xəzər dəniz Gəmiçiliyinə məxsus 2, Hərbi
Dəniz Qüvvələrinə məxsus 57, Balıq Soyuducu Donanma İdarəsinə məxsus 40, Bakı
Beynəlxalq Ticarət Limanına məxsus 2 gəmi Bakı buxtasının Böyük Zirə adası, Sahil
Limanı və Gəmi Təmiri zavodu ərazilərində batmış və yarımbatmış vəziyyətdə qal-
mışdır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Bibi-
Heybət dəniz yatağında istismardan çıxarılmış 30 fərdi dəniz özülü və 78 neft-qaz
quyusu atılmış vəziyyətdə qalmışdır. Bunlar potensial çirklənmə mənbəyi olmaqla,
Bakı buxtasının ümumi ekoloji vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Neft-qazçıxarma və emal müəssisələrinə məxsus ərazilərdə neft-qaz quyularının,
kəmərlərinin və digər texnoloji obyektlərin yaxınlığında, yüksək gərginlikli elektrik
xətlərinin altında qanunsuz olaraq yaşayış binaları tikilmiş və bu proseslərin davam
etməsi neftqazçıxarma əməliyyatlarının aparılmasında çətinliklər yaratmaqla bərabər,
22
həmin ərazilərdə məskunlaşmış insanların həyatı üçün böyük təhlükə törədir.
Beləliklə, mövcud məlumatların araşdırması göstərir ki, Xəzər dənizinin Bakı
buxtası ərazisində ekoloji tarazlığın bərpası günün ən vacib problemidir. Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı buxtasının çirklənmədən
mühafizəsi və ekoloji bərpasının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata
keçirilməsini məqsədəuyğun sayır. Bu tədbirlər magistr dissertasiyasının 3-cü
fəslində şərh olunacaqdır.
Dostları ilə paylaş: |