Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


Cədvəl 2.1.  Abşeron iqtisadi-coğrafi rayonunda sənaye sahələrinin



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
Mehdiyeva Səadət Fazil qızı

Cədvəl 2.1. 

Abşeron iqtisadi-coğrafi rayonunda sənaye sahələrinin 

illər üzrə göstəriciləri 

Göstəricilər 

2005 

2008 

2012 

Fəaliyyət göstərən müəssisələrin sayı, vahid 

1519 

1667 


1432 

Sənaye məhsullarının həcmi, mln.man 

7715,7 

27510,3  31389,8 

Sənaye məhsullarının əvvəlki ilə nisbətən artımı, faizlə  

a)  Bakı şəhəri üzrə  

 

136,0 


 

105,6 


 

96,3 


b)   Abşeron iqtisadi rayonu 

112,8 


126,9 

112,7 


İşçilərin orta siyahı sayı, nəfər 

122591 


131039 

113661 


Sənaye-istehsal əsas fondlarının mövcudluğu, mln.man 

16169,4  27908,9 

41283 

İstehsal  edilmiş  sənaye  məhsullarının  fəaliyyət  növləri  üzrə 



bölgüsü, mln.manat 

7715,7 


27510,3  31389,8 

Hasilat sənayesi (daş, qum, çınqıl) 

 

22364,0  25282,0 



Yanacaq faydalı qazıntıları 

 

22338,0  24548,0 



Digər faydalı qazıntılar 

 

26,0 



33,9 

Emal sənayesi 

 

4253,3 


4712,2 

Neft məhsullarının emalı 

 

2399,9 


2376,0 

Maşınqayırma 

212,7 

333,2 


445,1 

Hazır metal məmulatları istehsalı 

235,2 

460,0 


411,8 

Rezin və plastik kütlə məmulatlarının istehsalı 

220,0 

266,9 


212,4 

Tikinti materialları istehsalı 

115,9 

306,5 


248,6 

Qida məhsulları istehsalı 

212,5 

356,4 


890,1 

Toxuculuq və geyim məhsulları istehsalı 

16,9 

44,5 


63,3 

Ağac emalı, mebel istehsalı, poliqrafiya fəaliyyəti 

32,7 

61,0 


60,8 

Digər sahələr 

21,5 


25,0 

4210,2 


Elektrik enerjisi, buxar istehsalı, bölünməsi və təchizatı 

229,3 


892,9 

1235,7 


Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

159,9 


 


 

 

27 



2013-cü  ildə  çap  olunmuş  “Azərbaycan  sənayesi  2012”  bülletenlərində 

göstərildiyi  kimi,  iqtisadi-coğrafi  rayon  neftayırma  məhsulu  istehsalının  100%-ni, 

kimya  sənayesinin  83,7%-ni,  maşınqayırma  və  metal  emalının  80,1%-ni,  tikinti 

materialları istehsalının 77%-ni, metallurgiyanın 71,9%-ni, kağız-karton istehsalının 

86,7%-ni,  mebel  istehsalının  27,9%-ni,  yeyinti  sənayesinin  31,8%-ni,  yüngül 

sənayenin  52,4%-ni  vermişdir.  Bu  region  ağır  sənayenin  bütün  sahələrinin  mərkəzi 

olmaqla yanaşı, yüngül və yeyinti sənaye sahələrinin də əksər müəssisələrinin burada 

yerləşməsi ilə fərqlənir [2]. 

2012-ci ildə iqtisadi-coğrafi rayonun ölkənin hasilat sənayesində payı 98,7%, o 

cümlədən neft hasilatı 98,6%, təbii qaz hasilatı 99,8% olmuşdur. 2002-2005-ci illərdə 

neft hasilatı 21,2 mln tondan 43 mln.tonadək, qaz hasilatı isə 5,6 mlrd.m

3

-dən  26,2 



mlrd.m

3

-dək  artmışdır.  İqtisadi-coğrafi  rayon  ölkədə  güclü  sənaye  ixtisaslaşması  ilə 



fərqlənərək,  ərazi  əmək  bölgüsündə  neft-qaz  hasilatı  və  onların  kompleks  emalı 

bazasını möhkəmləndirmişdir. 2012-ci ildə 2005-ci ilə nisbətən neft hasilatı 2 dəfə və 

qaz hasilatı 4,7 dəfə artmış, ölkə üzrə sənaye məhsulu istehsalının 71,6%-ni, iqtisadi-

coğrafi  rayon  üzrə  isə  78,8%-ni  verərək  ölkə  sənaye  strukturunda  aparıcı  yer 

tutmuşdur. 

Elektoenergetika  sənaye  kompleksinin  formalaşması  hasilat  sənayesinin 

əsasında baş vermiş, son 10 ildə tamamilə yenidən qurulmuşdur. Xüsusilə, 2003-cü 

ildə  “Şimal”  DRES  yenidən  qurularaq  fəaliyyətə  başlamış,  həmçinin  2007-2008-ci 

illərdə  Bakı,  Sumqayıt  İES  və  Sanqaçal  “Modul”  elektrik  stansiyaları  istifadəyə 

verilmiş, Yaşmada “Külək parkı” yaradılmışdır.  Elektrik enerji istehsalı 2012-ci ildə 

6,5 mlrd. kvt/saat, o cümlədən 4,5 və 2 mlrd. kvt/saatı Bakı və Sumqayıtda istehsal 

olunmuşdur.  İstilik  enerjisi  verilməsi  xüsusən  Sumqayıtda  İEM-lərin  dayanması 

nəticəsində  40  dəfəyədək  azalmış,  Bakıda  isə  qazanxanaların  tikilməsi  nəticəsində 

sabit qalmışdır. 

Kimya sənayesi neftayırma kompleksinin əsasında formalaşmış, rezin və plastik 

kütlə  məmulatları  istehsalının  payı  1,7%,  qalan  kimya  məhsullarının  payı  8% 

olmuşdur. Son illərdə Sumqayıtda kimya texnoparkı yaradılmış, burada “Üzvi-sintez” 

zavodu  bərpa  edilmiş,  “Səthi  Aktiv  Maddələr”,  “Etilen-polietilen”  zavodları  və  “EP 




 

 

28 



300”  müəssisəsi  işə  düşmüşdür.  Texnologiyalar  parkında  isə  polimer  məhsulları 

istehsalı zavodu istifadəyə verilmişdir. Digər keçmiş müəssisələrin yenidən qurulması 

prosesi  gedir.  Neft-kimya  sənayesi  Sumqayıtda  cəmlənib.  Ən  böyük  müəssisələr 

Sintetik kauçuk, Superfosfat zavodlarıdır. 

Maşınqayırma  sənayesinin  formalaşması  neft-qaz  hasilatının  və  emalının 

inkişafı, əmək ehtiyatlarından istifadə edilməsi və sənaye qovşağının coğrafi mövqeyi 

ilə  əlaqədardır.  Ölkə  üzrə  maşınqayırma  müəssisələrinin  2/3-dən  çoxu  Abşeron 

iqtisadi-coğrafi  rayonunda  yerləşir.  2012-ci  ildə  maşınqayırma  məhsulu  istehsalının 

xüsusi  çəkisi  iqtisadi-coğrafi  rayonun  sənaye  məhsuluna  görə  1,9%-dir.  Neft 

maşınqayırması  uzun  illər  ərzində  aparıcı  sənaye  sahəsi  olsa  da,  hazırda  durğunluq 

dövrü keçirir. Bütün müəssisələr Bakıda yerləşir. Bu sahənin iqtisadi-coğrafi rayonun 

maşınqayırma  sənayesində  payı  26,6%-dək  azalmışdır.  Ən  mühüm  müəssisələri 

Dərin  Dəniz  özülləri,  Neft-Mədən  maşınqayırması,  Bakı  fəhləsi,  Keşlə,  Suraxanı,  B 

Sərdarov adına, Y. Qasımov adına Neftmaştəmir ASC, Neft-Qaz Mədən Avadanlığı 

zavodlarıdır. 

Ölkənin  elektrotexnika  sahəsinin  əksər  müəssisələri  iqtisadi-coğrafi  rayonda 

yerləşir.  Bu  sahənin  payı  isə  30,2%-dir.  Ən  böyük  müəssisələri  Bakı  soyuducu, 

Bülbülədə  ATEF  transformator,  Binədə  Elektroavtomat,  Zabratda  cihazqayırma, 

Azerelektromaş 

zavodlarıdır. 

Yeni 

yaradılan 



müəssisələrdən 

Sumqayıt 

Texnologiyalar  parkında  kabel,  kompressor,  transformator  zavodları  işə  salınmışdır. 

Bakıda  kondisioner  istehsal  edən  Azkond  MMC,  Bakond  firması,  bank  avadanlığı 

istehsal edən Avand firması, Pinki kontinental Bakı, soyuducu və mətbəx avadanlığı 

istehsal  edən  Titan  şirkətlər  qrupu,  kassa  aparatları  müəssisələri  fərqlənirlər. 

Maşınqayırma  sənayesinin  digər  ən  böyük  müəssisələri  Binəqədidə  Dəzgahqayıtma 

İstehsalat Birliyi, Səbail maşınqayırma, Bakı Gəmi təmiri və gəmiqayırma, Türkanda 

Hərbi  Gəmiqayırma,  Qaradağda  Gəmiyığma,  Bakı  vaqon  təmiri,  Bakı  hərbi 

maşınqayırma  zavodları  sayılır.  Maşınqayırma  sənayesinin  yenidən  qurulması 

iqtisadiyyatın təkamül prosesi üçün əlverişli şərait yaratmaqda böyük rol oynayır.  

Metallurgiya  sənayesinin  iqtisadi-coğrafi  rayonun  sənaye  strukturunda  payı 

0,8%-dir.  Bu  sənayenin  inkişafı  neft  sənayesini  polad  borularla  təmin  etmək  üçün 



 

 

29 



1950-ci  ildə  Sumqayıtda  Boru-Prokat  kombinatı  işə  salınması  ilə  başlandı.  Hazırda 

bu müəssisə yenidən qurularaq “Azərboru” ASC adlanır. 2006-cı ildə “Azkompozit” 

Boru  İstehsalat  zavodu  yenidənqurma  işlərindən sonra  fəaliyyətə başlamış,  2013-cü 

ilin  oktyabrında  isə  metal-boru  zavodu  işə  düşmüşdür.  Bakıda  “Təkrar  qara  metal 

əritmə”,  “Steyl  kompani”,  Profil  istehsalat,  Azər-Türk  Boru profil sənaye  MMC  və 

digər  kiçik  müəssisələr  fəaliyyət  göstərir.  Əlvan  metallurgiya  müəssisələrindən 

Sumqayıt  “Azəralüminium”  ASC,  Bakı  əlvan  metalların  emalı  zavodu,  Bakı 

alüminium prokatı zavodlarını göstərmək olar. 

Tikinti  materialları  sənayesinin  iqtisadi-coğrafi  rayonun  sənaye  strukturunda 

payı  0,8%  olsa  da,  son  illər  sürətlə  inkişaf  etməkdədir.  Bu  sahə  əsaslı  tikintinin 

artdığı Bakı şəhər aqlomerasiyasının tələbatına xidmət etmək və zəngin yerli mineral-

xammal  ehtiyatları  əsasında  formalaşmışdır.  İqtisadi-coğrafi  rayon  qum,  gil,  mişar 

daşı,  mineral  boya,  kvars  qumu,  bentonit  gillər,  bitum  və  əhəng  yataqları  ilə 

zəngindir.  Ölkədə  hasil  olunan  mişar  daşının  əksəriyyəti  Güzdək,  Qaradağ,  Zirə, 

Türkan, Şüvəlan, Maştağa daş karxanalarının payına düşür [2]. 

İnşaat  qumları  dənizkənarı  ərazilərdə  geniş  yayılmışdır.  Hacı  Zeynalabdin 

qəsəbəsi yaxınlığında bentonit gil yataqları əsasında bentonit tozu, mərmər və sement 

istehsal edən ‘Azbentonit” MMC 2004-cü ildə işə düşmüşdür. Ən böyük kvars qumu 

Xırdalan,  Hökməli  yatağından  gətirilərək,  Bakı  və  Sumqayıt  şüşə  zavodlarında 

istifadə  edilir.  Sumqayıt  yaxınlığında  mineral boyanın böyük  yataqları vardır və bu 

məhsuldan  lak-boya,  tikinti,  saxsı,  poliqrafiya  və  digər  sahələrdə  istifadə  edilir. 

Bitum  yataqları  Binəqədi,  Kirməki  yaxınlığında  yerləşir,  avtomobil  yollarına  asfalt 

çəkilməsində, qır, tol istehsalında istifadə olunur. 

Tikinti  materialları  sənayesinin  əsasını  Qaradağ  Sement  zavodu  təşkil  edir. 

İqtisadi-coğraf  rayonda  həmçinin  kərpic  zavodları  işləyir.  Bakı  Azinşaat  şirkəti, 

Sumqayıt və Xırdalanda gips v əhəng istehsalı Aqtim, “Mətanət A” şirkəti, Çinisan 

LTD,  beton  məmulatları  istehsalı  SVC  sement-beton,  “Azərenerji”  Tikinti 

Quraşdırma  SC,  Boru  betonlaşdırma  zavodu,  Dəmir-Beton  məmulatları  zavodu, 

üzlük  material  istehsalı  Azvirt  Azərbaycan  və  Almaniya  birgə  müəssisəsi, 

Conqortinşaat  müəssisəsi,  mərmər  və  qranit  istehsal  edən  Qranit-mərmər  zavodu, 




 

 

30 



Azərnaxçıvan  TR,  Qranit  LTD  Kompani  müəssisələri  fəaliyyət  göstərir.  Metal 

konstruksiyalar  istehsalına  görə  Azalsan  LTD  MMC,  Bakı  Steel  Compani,  Biləcəri 

Dəmir Quraşdırma QTSC, İnşaat Konstruksiyaları Zavodu fərqlənir. Metal darvaza, 

Metalmədəniməişət  ASC,  Al-Tent,  Bemiz  Gun  Metal,  Kaspi  Yıldız  müəssisələri, 

plastik qapı-pəncərə, “A və D Companu”, Azərpem B Fabriki, Azpim müəssisələri, 

Taxta qapı və pəncərə, Avropa qapıları ATS şirkəti, Yenilik İstehsalat-Kommersiya 

Firması, İmprotex Produktion müəssisələrində istehsal olunur. “Dəvəli” ASC Gülbax 

yatağından çıxarılan daş bloklardan üzlük və müxtəlif daş məmulatları hazırlanır [2]. 

Meşə və ağac emalı  sənayesinin inkişafı üçün lazım olan taxta-şalban və digər 

xammallar Rusiyadan, mebel istehsalına lazım olan xammal isə Türkiyədən gətirilir. 

Ağac  emalı  müəssisələri  tələbata  uyğun  olaraq  Abşeron  iqtisadi-coğrafi  rayonunda, 

Bakı, Xırdalan və Ələtdə cəmlənmişdir. Mebel istehsalında iqtisadi-coğrafi rayonun 

ölkə  üzrə  payı  25%  təşkil  etsə  də,  Bakı,  Sumqayıt  və  Xırdalan  şəhərlərində  olan 

müəssisələr  müxtəlif  çeşidli  mebel  istehsalı  fərqlənirlər.  Bu  sahə  iqtisadi-coğrafi 

rayonda  mebelə  olan  tələbatın  dinamik  artımı  ilə  əlaqədar  inkişaf  etdirilməli  və 

yenidən qurulmalıdır. 

Ölkə üzrə kağız və karton istehsalının 86,7%-i iqtisadi-coğrafi rayonun payına 

düşür.  Sumqayıtda  “Azersun  Holdinq”  şirkətlər  qrupu  tərəfindən  kağız  və  karton 

emalı  fabriki  2011-ci  ildə  işə  salınmışdır.  Bakı  və  Abşeronda  fəaliyyət  göstərən 

müəssisələrin  gücü  2010-cu  ildən  sonra  xeyli  azalmışdır.  İqtisadi-coğrafi  rayonda 

həmçinin parket, laminat, tara və digər məhsullar istehsal edən müəssisələr də vardır. 

Yüngül  sənaye  ozunun  əsas  sahələrı  olan  toxuculuq,  trikotaj,  tikiş,




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin