əhalisinin tələbatını təmin etmək üçün inkişaf etmişdir. Toxuculuq və tikiş bu
sənayenin aparıcı sahələri olub, ən böyük müəssisələri Bakı Toxuculuq Kombinatı,
Komvol-mahud İstehsalat birliyi, İstehsalat trikotaj birliyi, Zabratda xalça, palaz
istehsal edən xalça-mahud fabriki, Atropaten Kommersiya İstehsalat Firması,
Azərxalça ELM-Yaradıcı İstehsalat birliyi, Laza xalçaçılıq firması, İdeal firması,
Promat MMC, Azərbaycan “Carpits and Kilims” müəssisələri, həmçinin Bakı, Binə,
Balaxanı tikiş müəssisələri, Bakı corab fabriki fəaliyyət göstərir. Sumqayıtda yun
31
parça toxuculuq və tikiş müəssisəsi, “Tekstil ASC pambıq iplik”, “MKT İK” MMC
və CTS Aqro MMC pambıq əyricilik fabrikləri, “Gilan Tekstil” müəssisəsi vardır [2].
Yeyinti sənayesi aqrar sənaye komplekslərinin aparıcı sahəsi olub iqtisadi-
coğrafi rayon və ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində
böyük əhəmiyyət kəsb edir. Yeyinti sənayesinin müəssisələrinin əksəriyyəti istehlak
mərkəzi olan Bakıda cəmlənmişdir. Yeyinti sənayesinin aparıcı sahəsi qida
məhsullarının istehsalı olub payı 83,1%, içki istehsalı 15,3% və tütün istehsalı 1,6%-
dir. İqtisadi-coğrafi rayonun sənaye strukturunda bu sənaye sahəsinin payı 2,8%-dir.
Ölkə üzrə ət, süd, qənnadı, makaron, bitki və kərə yağları, çay, kolbasa məmulatı,
şirniyyat, buzlu və duzlu balıq istehsalının əsas hissəsi bu iqtisadi-coğrafi rayonda
cəmlənmişdir. Yeyinti sənayesinin bütün sahələri bu ərazidə mövcuddur [2].
Qeyd olunan təsərrüfat sahələrinin fəaliyyəti zamanı ətraf mühitə olan mənfi
təsirlər, istehsal prosesində yaranan tullantılar əlbəttəki, ekoloji problemlərin
yaranmsına səbəb olur və onların qarşısının alınması üçün həyata keçirilən tədbirlərin
mümkün qədər gücləndirilməsinə nail olmaq vacibdir.
Dostları ilə paylaş: