Şübhəsiz ki, bütün Rusiya demokratiyası ilə bərabər müsəlmanların
da amalı, mənafei-milliyyələri ilə müvafiq gördükləri bir üsuli-idarə
varsa, haman cümhuriyyəti-onamdır. Cümhuriyyəti-ənam tələbimiz
Məclisi-Müəssisanda lehinə rəy verəcəgimiz müqəddəs şüarımızdır.
Fəqət yalnız bir bu əsas bütün ehtiyacati-milliyyəmizi izalə edər, bütün
diləklərimizi razı sala bilərmi?
Əlbəttə, yox. Əlbəttə ki, kəndi milliyyətimizin tamamilə təmini-
bəqası və milli qüvvətlərimizin meydan alıb da hər növ maddi və
mənəvi təsirlərdən azad qalaraq müstəqilən böyüyüb artması üçün baş-
qa nəzərlər və başqa tələblərimiz də vardır. Fəqət üsuli-hərəkət iqtizası
olaraq bu tələblərimizi zamani-axirə təliq ediyoruz.
Bu tətablar qəbilindən olaraq “hürriyyəti-milliyyə” firqəsi ictimaində
hazır bulunan Ukrayna nümayəndələri Rusiyanm yalnız cümhuriyyəti-
ənamla qalmayıb “cümhuriyyəti-müctəmeə” əsası üzərinə qurulması
tələbində israr eləmişlərdir ki, Rusiya müsəlmanları naminə məclisdə
bulunan orenburqlu Mənsurov cənabları da bu flkrə iştirak eləmişdir.
Böylə bir fikrə iştirak etdigi üçün Mənsurov cənabları əlbəttə ki,
müaxizə olunamaz. Fəqət Monsurov - teleqraflardan anlaşıldığına gö-
rə - daha iləri getmiş, demiş ki, “bütün Rusiya müsəlmanları hürriyyə-
ti-milliyyə firqəsinin idealı üçün sinə sipər elər və hanki tərəfdən olsa
da, cəmaətin azadlığmı təhdid edən qüvvətlərə qarşı mübarizə edərlər”.
Millətin azadhğmı, Rusiyanm hürriyyətini və cümhuriyyəti-ənam
əsasmı müdafiə üçün şübhəsiz ki, müsəlmanlar sinə sipər elər, lazım
olursa ölər, məqsəddən dönməzlər. Fəqət bu fədakarlığı Kadet denilən
“hürriyyəti-milliyyə” firqəsinin idealı naminə edərlər - demək, bütün
müsəlmanların ancaq bu flrqəyə mənsub və ya tərəfdar olmasmı id-
dia etməkdir. Böylə bir iddia səlahiyyətini Mənsurov millətdaşımıza
əcəba, kim vermiş və böylə qəti bir bəyanda bulunmaq cəsarətini ha-
radan almışdır?
Hər şeydən əvvəl Mənsurov bilməz degildir ki, hər bir mədəni millət
kibi müsəlmanlar arasında müxtəlif cərəyanlar, müxtəlif siyasi və icti-
mai nəzəriyyələr vardır: yalnız bir burası mülahizəyə alınsaydı, bütün
müsəlmanların kadetlər müridi olduqlarmı iddia etmək mümkün ol-
madığı özü-özündən anlaşılardı. İçtimai nəzəriyyələr, sinfi mənfəətlər
124
ı
I
kənarə qoyulub da sırf milli-siyasi nöqteyi-nəzərdən baxılsa belə,
müxtəlif müsəlman cərəyanları “hürriyyəti-milliyyə” firqəsinin ideal-
larım kəndi milli idealları ilə müvafiq görəməzlər. Bəzilərincə müvafiq
görülsə belə, bütün Rusiya müsəlmanlarmın “Milyukov şöbəsi” olduğu
fikrini əqldən belə keçirmək olmaz.
Biz biliyoruz ki, daxilən bütün millətlərin hürriyyətini, mədəni və
milli istiqlalını o pa.rtiyalar təmin edərlər ki, onlar hər növ imperia-
lizm ruh və siyasətindən uzaqdırlar. Rusiyanm əzəmətini, azadlığı-
nı, səadətini xaricdə bir taqım nüfuzlar, istilalar və qazanclarda gö-
rən firqələr nə qədər özlərinə hürriyyətpərvər desələr də, daxilən bütün
millətlərin hüququnu, azadlığmı təmin edəməzlər.
1905-ci ildəki müsəlman syezdləri “hürriyyəti-milliyyə” firqəsinə
yaxm bir proqram qəbul eləmiş və bu firqə ilə bərabər getməyə meyl
göstərmişdi. Fəqət o zaman belə bu tərzi-hərəkətin bütün müsəlmanlar
naminə qəbulunuprotesto edənlər bulunmuş və Rusiyamüsəlmanlarmin
mənafeini səmimiyyəti şübhələr altmda olan kadetlərlə degil, sol fırqə-
lərlə bərabər olmaqla görmüşlərdi.
1917-ci il 1905-ci ilə nisbət çox böyümüşdür. 12 illik təcrübə bütün
Rusiya əfkari-amməsində olduğu kibi müsəlman əfkari-amməsində də
külli təbəddülat əmələ gətirmişdir. Bu təcrübələri ilə müsəlmanlar çox
vədləri qovmuş, firqələri təcrübədən keçirmişlərdir. Böyük aləm vü-
quatı qarşısında, bilxassə Kadet firqəsinin verdigi imtahan, izhar elədigi
sima müsəlmanları, ən ciddi kadet tərəfdarı olan cəmaət xadimlərimizi
belə düşündürmüş, tamamilə başqa xətti-hərəkət ittixazinə məcbur
eləmişdir.
Hürriyyəti-milliyyə firqəsinin ən parlaq nümayəndəsi, bütün ruhi,
canı bir əməl kibi bəslədigi siyasətinin müvərrici bu günün xariciyyə
vəziri Milyukovdur. Milyukov siyasətinin demokratiya siyasətinə -
Rusiya millətlərinin mənafeinə ən uyğun gələn bu siyasətə - qarşı mü-
arizligi gün kibi aşkardır. Bu böylə ikən müsəlmanlar əcəba, hanki
msntiqlə özlərini Milyukov şiəsi elan edər, özlərinə məxsus ideal və
nəzəriyyədən əl çəkib də Kadet firqəsi üçün sinə sipər edərlər!? Yox,
müsəlmanların sipər edəcəkləri sinələri varsa, bu sinə yalnız Rusiya
hürriyyətini mühafizə edər və yalnız kəndi milli əməlİni müdafiə üçün
hər bir bəlaya açılar.
Dostları ilə paylaş: