MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə29/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   25   26   27   28   29   30   31   32   ...   68
frazeoloji

Ölçülüb-biçilib q
əzəb də, kin də, 


          
 
 
75 
B
əli, bu kök üstə boy atırıq biz. 
Tarixin 
amansız keçidlərində 
Böyük bir 
ənənə yaratmasaq diz 
Hitler kül üfürüb gözl
ərimizə, 
Hücum etm
ədimi qəfildən bizə 
 
 
 
 
(103, II, 57). 
 
Hamı uca tutsun insan adını 
Qoy q
əlbi qaralar yanıb qaralsın. 
Yaxşılıq açanda qol-qanadını 
Yamanın əlləri qoynunda qalsın (58, 49). 
 
S
ənin bu halına acığım gəlir, 
S
ənin bu qəlbiə yazığım gəlir (54, 289). 
 
Seçim  v
ə deyim variantı şeir nitqi üçün bir meyarla – dilə 
yatımlılığı  və  ifadə  çevikliyi  ilə  özünü  doğruldur.  Bundan  irəli 
g
ələrək şair ekvivalentləri ilə birgə frazeoloji vahidləri götür-qoy 
ed
əndə  ikinciyə  daha  çox  üstünlük  verir.  Çünki  əsrlər  boyu 
xalqın  sinəsindən  qopmuş  bu  sabit  söz  birləşmələri  şeiri  xalq 
müdrikliyinin 
aynasına  çevirməyə  qadirdir.  Frazeoloji 
birl
əşmələr  şeirə  xalq  ruhu  hopdurur,  zəngin  poetik  mühit 
yaradır  və  bunun  bilavasitə  nəticəsində  dil  yığcamlığı 
m
ənalılıqla,  zəngin  məzmunla  müşayiət  olunaraq  həyat 
materialını  obraza  çevirir.  Əbəs  yerə  belə  bir  qənaət 
formalaşmamışdır  ki,  xalqın  xarakteri  onun  yaratdığı  poeziya 
s
ənətində əks olunur. 
Şeirin  daxili  sanbalı,  şairin  estetik  konsepsiyası  frazeoloji 
birl
əşmələrin bilavasitə yaxından iştirakı ilə koloritli hərarət və 
t
əravət keyfiyyətlərinə sahib olur. Obrazlı təfəkkürün adi sözlər 
v
ə  frazeolji  birləşmələr  şəklində  təcəssümü  professional 
s
əviyyəyə qalxması da ibarələrin yaratdığı bədii mühitin imkan-
la
rına  söykənir.  Təsvir-tərənnüm  obyektinin  poetik  təhlili  və 
onun  ümumil
əşdirmə vüsəti şairin bədii niyyəti ilə sintez təşkil 


          
 
 
76 
etdiyi  m
əqamlarda  frazeologiya  daha  tutumlu  tabloların 
yaradıcısına çevrlir, poetik mükmməllik məlum idiomatik ifadə 
v
ə tərkiblərlə, onların mayasındakı potensial obrazlılıqla uğurla 
hasil
ə yetir. 
P
ərvanə kül olur şam əriyəndə 
Yanırsan, əriyir sərraf olanlar. 
Var dodaq büz
ən də, köhnə deyən də, 
Doğma anasını dananlar da var (58, 35). 
 
İllər keçib, indi belə, 
Xatırlasan, tük ürpənir. 
H
ər şey yandı, külə döndü, 
Torpaq 
əzəmətli bir tabut üstünə salınmış 
qara örtük kimi göründü (96, III, 130) 
Şeirdə lüğət tərkibinin geniş və əsrarəngiz mənzərəsi açılır. 
Burada t
əsvirə cəlb olunmuş əşya və hadisənin diametrik əhatəsi 
d
ə  az  rol  oynamır.  Təsvirin  həcminə  uyğun  da  dil  materialları 
c
əlb olunur. İfadə çevikliyi ifadə yığcamlığı ilə obraz əlvanlığını 
bir  v
əhdətdə  birləşdirir.  Bu  üslubi  proses  də,  şeir  dilinin 
koloritind
ə frazeoloji dil vahidlərinin özündə nəyi təmsil etdiyini 
d
ərindən  duymaq  üçün onun  söz əhatəsinə təsirini  də  nəzərdən 
qaçırmaq  olmaz.  Şeir  nitqində  frazeoloji  birləşmələr  təmasda 
olduğu bütün linqvistik ünsürün semantitk əhatəsinə nüfuz edir. 
Onlar bir-birini 
qarşılıqlı surətdə tənzim edir. 
Frazeoloji  birl
əşmələrin  şeir  dilində  işlənmə  tezliyinə  görə 
üstünlüyü, 
qaynayıb-qarışdığı  dil  vahidləri  içərisindəki  üslubi 
mövqeyi  bel
ə  mühakiməyə  imkan  yaradır  ki,  koloritli  danışıq 
elementi  olmaq  etibaril
ə  idiomatik  birləşmələr  bədii  ovqat 
yaratma  c
əhətdən  konkret  hədd  müəyyənləşdirmir.  O,  poetik 
sözün  qav
ranılma  tempinə  uyğunlaşır.  Bu  bir  də  onunla  əlaqə-
dardır ki, «frazeologizmlər dilin mürəkkəb və ziddiyyətli hadisə-
l
ərindən  biri  kimi,  dilin  quruluşunda  ortaq  mövqedədir;  həm 
leksik-semantik laya daxildir – bir leksemin ekvivalenti kimi adi 


          
 
 
77 
nominativ vahiddir – sözdür» (31, 11), h
əm də struktur və tərkib 
etibaril
ə müəyyən sintaktik vahidlərin modellərinə uyğundur. 
«Frazeologiya  insan 
şüurunun  hazırladığı  ilk  bədii 
m
əhsuldur.  Frazeoloji  vahidlər  öz  başlanğıcında  məhz  bədii 
əsərdir» (8, 4). Münasib ifadə vasitəsi kimi, şeir nitqində onun 
yeni-yeni  poetik  mahiyy
əti  aşkarlanır.  Şeirdəki  psixoloji 
dramatizm,  daxili  monoloq,  lirik 
düşüncə  axını  frazeologizmin 
yartadığı poetik ovqat fonunda daha cazibəli görkəm alır. 
Sanballı  məna  siqləti  imkan  verir  ki,  frazeoloji  vahidlər 
şairin professional keyfiyyətlərini, yaradıcılıq ustalığını nümayiş 
etdirsin.  Frazeoloji  birl
əşmələri  mətnin  estetik  komponentinə 
çevirm
əklə  söz  sənətkarı  ona  poetik  düşüncələrinin  tərcümanı 
s
əlahiyyəti verir. Məhz buna görədir ki, «Frazeoloji birləşmələ-
rin 
aktuallaşması,  əlbəttə,  yalnız  poeziya  dilində  yox,  digər 
janrlarda, h
ətta publisistik üslubda da özünün müxtəlif ifadəlilik 
imkanları ilə çıxış edir (21, 113-132). Lakin onlar şeir dilindəki 
q
ədər təsiretmə səviyyəsinə çata bilmirlər. Şeir mətni frazeoloji 
ifad
ələr üçün ən etibarlı sınaq yeridir. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin