74
B
əlkə belə yaxşıdır
M
əndən kiçik olsaydı,
Əlimdən dad çəkərdi.
M
əndən böyük olsaydı,
Başımda turp əkərdi (96, V, 9).
Qeyr
ətin qoruna yad baxışlardan,
M
ənim də diləyim yerdə qalmaya.
Kaş ki, qarğadığım bu qarğışlardan
Başımın bir tükü əskik olmaya (83, 107).
Şeir bədii təfəkkürün ən mükəmməl ifadə formalarındandır
v
ə onun pafosu, həyati estetikası 1960-cı illərdən öz yaradıcılıq
ç
ərçivəsini genişləndirməyə meylli idi. Janrın potensialına uyğun
g
əlmə naminə hər bir dil vahidi özünün poetik-üslubi
hüdudlarını genişləndirməyə səy göstərirdi. Şeirin mövcud este-
tik t
əcrübəsinə fəal və yaradıcı münasibət dil materiallarının
poetik k
əşflər yoluna yönəldilməsinə, yeni üslubi misraya
salınmasına stimul verirdi. Xalq danışıq frazeologiyasının şeir
m
ətnində poetik cəhətdən mənalılığı və və üslubi baxımdan
tutumlulu
ğu da, bir sözlə, sənətkarlıq və yüksək bədii keyfiyyət
uğrunda mübarizə məsələsi ilə bağlı idi.
Oxucunun x
əyalında tərənnüm obyektinin obrazlı cizgilərini
canldandırmaq üçün söz sənətkarları frazeoloji tərkibləri poetik
s
ənətin böyük ölçülərinə uyğunlaşdırır, onlar digər ifadə
vasit
ələri ilə qaynayıb-qarışması sayəsində süni dil
quruluğundan yayınma imkanı qazanırlar. Şeir mətni frazeoloji
birl
əşmələri həqiqi poeziya sənətinin məhək daşına çəkmək üçün
t
əbii və etibarlı zəmin rolunu oynayır, sözün vasitəsilə,
frazeologiyanın imkanları ilə təsvir olunan predmet və
hadis
ələrin cövhərini üzə çıxarır, şeirlərdəki frazeoloji
birl
əşmələrin yaratdığı poetik ovqatın özünəməxsusluğu
oxucuya
xoş əhval-ruhiyyə və təsir bağışlayır.
Dostları ilə paylaş: