348) Ağ ciyər və mədə-bağırsaq sınaqları nəyin təyini üçün aparılır?
A) Ölü doğulmanın və bətndaxili yaşın təyini üçün
B) Diri doğulmanın və bətndən kənar yaşama müddətinin təyini üçün
C) Ölümün səbəbinin təyini üçün
D) Dölün yaşama qabiliyyətinin təyini üçün
E) Uşaq öldürmənin təyini üçün
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
349) Qalen-Şreyer üsulu ilə bətndaxili sınağın keçirilmə texnikası necə aparılır?
A) Döş və qarın boşluğunu açmaq, üzvlər kompleksinin vahid halda çıxartmaq və soyuq su olan qaba salmaq
B) Öncə fəqərə sütununun döş və boyun şöbəsini açmaq
C) Döş boşluğunu açmaq, döş və boyun üzvlərini çıxartmaq və soyuq su olan qaba salmaq
D) Döş boşluğunu açmaqdan qabaq traxeyanı və yemək borusunu əldə edərək liqatura qoyub bağlamaq, bundan sonra daxili üzvləri kompleks halda çıxarmaq və soyuq su olan qaba salmaq
E) Əvvəlcə plevra boşluqlarına hava yığılmasının təyini sınağını aparmaq
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |