526) Yük avtomobilinin ön mərkəzi hissəsinin insanla toqquşmasının birinci fazasında piyadanın lokal (yerli) zədələnməsi aşağıdakı nahiyələrdən hansında özünü biruzə vermir?
A) Aşağı ətrafda baldırda
B) Çanaqda
C) Başda
D) Gövdədə
E) Budda
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
527) Avtomobilin insanla toqquşması zamanı zərbə dəymiş hissədən aralıda boynun önə əyilməsi nəticəsində onurğa sütununun boyun şöbəsində baş verən zədələnmələr özünü hansı şəkildə biruzə verir?
A) Fəqərə cisimlərinin köndələn sınıqları
B) Fəqərənin arxa çıxıntısının sınıqları
C) Fəqərə cisimlərinin ön hissəsinin pazşəkilli sınıqları
D) Fəqərə cisimlərinin diaqonal sınıqları
E) Fəqərə cisimlərinin uzununa sınıqları
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
Dostları ilə paylaş: |