Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Ümumi soyuma zamanı meyitin daxili müayinəsində nə aşkar edilir?



Yüklə 1,48 Mb.
səhifə223/387
tarix28.12.2021
ölçüsü1,48 Mb.
#13970
1   ...   219   220   221   222   223   224   225   226   ...   387
720) Ümumi soyuma zamanı meyitin daxili müayinəsində nə aşkar edilir?

A) Daxili üzvlərin doluqanlılığı, mədənin selikli qişasında qansızma və nekroz – Vişnevski ləkəsi

B) Qara ciyərin piy distrofiyası

C) Dalağın azqanlı olması

D) Ağ ciyərin atelektazı

E) Ürəyə qansızma – Minakov ləkəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Atmosfer təzyiqinin kəskin dəyişməsindən baş verən ölüm və sağlamlığın pozulması

721) Yüksəklik (dağ) xəstəliyinin əsas səbəbi nədir?

A) Hidrostatik təzyiqin artması

B) Atmosfer təzyiqinin artması

C) Atmosferdə karbon qazının çoxalması

D) Yüksəklikdə havada oksigenin parsial təzyiqinin azalması

E) Yüksəklikdə azotun azalması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

722) Yüksəklik xəstəliyində sağlamlığın pozulmasının və ölümün əsas səbəbi nədir?

A) Oksigenin parsial təzyiqinin düşməsi nəticəsində ekzogen tipli hipoksiya

B) Qarışıq tipli hipoksiya

C) Toxuma tipli hipoksiya

D) Qan tipli hipoksiya

E) Respirator tipli hipoksiya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
723) Yüksəklik xəstəliyindən ölənlərin meyitində hansı spesifik əlamətlər aşkar edilir?

A) Meyit ləkələri ayırd edilmir

B) Hər hansı bir spesifik əlamətlər müəyyən edilmir

C) Dəri “qaz dərisi” şəklini alır

D) Meyit qacıması inkişaf etmir

E) Meyitdən qurumuş göbələk iyi gəlir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   387




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin