785) Reflektor (sinkopal) tip suda boğulmada ölümün baş vermə səbəbi nədir?
A) Kəskin qara ciyər çatmamazlığı
B) Kəskin ağ ciyər çatmamazlığı
C) Ürəyin reflektor dayanması
D) Baş beynin ödemi
E) Ürəyin hava emboliyası
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
786) Mexaniki asfiksiyalarda hansı müddətdən sonra huşun itməsi baş verir?
A) 50-60 dəq
B) 1-2 saat
C) 1-2 dəq
D) 10-20 dəq
E) 30-50 dəq
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
787) Amyuss əlaməti mexaniki asfiksiyanın hansı növündə müşahidə olunur?
A) Kompression asfiksiyada
B) Əllə boğmada
C) Asılmada
D) Suda batmada
E) Obturasion asfiksiyada
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
788) Aşağıda göstərilən əlamətlərdən hansı mexaniki asfiksiya üçün xarakterikdir?
A) Tardye ləkələri
B) Beloqlazov əlaməti
C) Minakov ləkəsi
D) Vişnevski ləkəsi
E) Larşe ləkəsi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
789) Orta yaşlı, sakit vəziyyətdə olan insan bir dəqiqədə neçə litr havadan istifadə edir?
A) 10-15 litr
B) 6-8 litr
C) 25-30 litr
D) 40-50 litr
E) 15-20 litr
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
790) Boyun üzvləri, o cümlədən traxeya yaralanarkən, qanın tənəffüs yollarını tutmasından törəyən mexaniki asfiksiya necə adlanır?
A) Suda batma
B) Bətndaxili asfiksiya
C) Kompression asfiksiya
D) Stranqulyasion asfiksiya
E) Aspirasion asfiksiya
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |