835) Ağırlaşmasına və son nəticəsinə görə sağlamlığa Ağır zərərvurmaya aid olan həyat üçün təhlükəli olmayan xəsarətlər hansıdır?
A) IV bel fəqərəsinin çıxıntısının şok törətməyən, fəsadsız sınığı
B) Burun sümüklərinin sınıqları
C) Bədən səthinin 10%-i əhatə edən III dərəcəli termiki yanığı
D) VI-VII qabırğaların yerdəyişməyən sınıqları
E) Ümumi əmək qabiliyyətinin 33%-dən çox dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
836) Sağlamlığıa zərərvurmanın təyinində məhkəmə-tibb eksperti nəyi təyin etməlidir?
A) Zöhrəvi xəstəlikləri
B) Xəstəliyin diaqnozunu
C) Qızlıq pərdəsinin tamlığının pozulmasını
D) Xəsarətin olmasını və onun xarakterini
E) Tibb işçilərinin qanunsuz hərəkətlərini
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
837) Zərərçəkənin, təqsirləndirilən şəxsin və digər şəxslərin məhkəmə-tibbi ekspertizası aparılarkən ekspert aşağıdakılardan hansını hüquqi normativ sənədi rəhbər tutur?
A) Zərərçəkənin ərizəsini
B) Baş həkimin göndərişini
C) Xəstəlik tarixini
D) Ambulator vərəqi
E) Cinayət məcəlləsini
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |