1193) Suda qalmış meyitin başında tam dazlaşma hansı müddətdən sonra baş verir?
A) 5-10 gündən sonra
B) 10-15 gündən sonra
C) 30-40 gündən sonra
D) 15-20 gündən sonra
E) 1-2 gündən sonra
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1194) Meyitin suda qalmasından neçə vaxt sonra üz, ovuc və ayaqaltında ilk maserasiya əlamətləri meydana çıxır?
A) Bir necə saat sonra
B) Bir neçə gün sonra
C) Bir neçə həftə sonra
D) Bir neçə il sonra
E) Bir neçə ay sonra
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1195) Meyitin suda qalmasından neçə vaxt sonra “paltaryuyanların əli” simptomu yaranır?
A) 1-3 gün ərzində
B) 4 gün ərzində
C) 8 gün ərzində
D) 6 gün ərzində
E) 7 gün ərzində
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1196) Meyitin suda qalmasından neçə vaxt sonra “ölüm əlcəyi” simptomu yaranır?
A) 20-21 gündən sonra
B) 5-6 gündən sonra
C) 1-2 gündən sonra
D) 7-8 gündən sonra
E) 3-4 gündən sonra
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1197) Atəşin əsas zədələyici amili hansıdır?
A) Gülləönü hava
B) Mərmi (güllə, qəlpə)
C) Barıt qazları
D) Atəşin hisi
E) Barıt dənəcikləri
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1198) Atəşin əlavə faktorlarına bunlardan hansı aiddir?
A) Patronun mərmisi
B) Silahın qundağı
C) Silahın lüləsi
D) Patronun gilzi
E) Barıt qazları
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1199) Atəşin əlavə faktorlarına bunlardan hansı aiddir?
A) Atəşin hisi
B) Silahın qundağı
C) Patronun gilzi
D) Patronun mərmisi
E) Silahın lüləsi
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
1200) Atəşin əlavə faktorlarına bunlardan hansı aiddir?
A) Silahın qundağı
B) Patronun gilzi
C) Barıt dənəcikləri
D) Patronun mərmisi
E) Silahın lüləsi
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
Dostları ilə paylaş: |