978) Bunlardan hansı iş materialları üzrə keçirilən məhkəmə-tibbi ekspertizaların təsnifatına aid deyildir?
A) Üçüncü mərhələ
B) Əlavə
C) İlkin
D) Təkrar
E) Komission
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
979) Biotibbi etika hansı elmlərin qarşılıqlı müştərək qovuşmasından yaranmışdır?
A) Tarix və etnoqrafiya
B) Biologiya, təbabət, fəlsəfə, etika və hüquq
C) Tibb və zoologiya
D) Arxeologiya və antropologiya
E) Anatomiya və fiziologiya
Ədəbiyyat: Şakir Musayev. “Məhkəmə təbabəti” Bakı 2006
980) İstintaq iş materialları üzrə məhkəmə-tibbi ekspertizalar kim tərəfindən keçirilə bilməz?
A) Müxtəlif ixtisaslar üzrə məhkəmə-tibb ekspertləri qrupu tərəfindən
B) Eyni tibbi profil üzrə ekspertlər qrupu tərəfindən
C) Qeyri-tibb, ali ixtisaslı ayrı-ayrı mütəxəssislər qrupu tərəfindən
D) Azı 2-3 məhkəmə-tibb eksperti tərəfindən
E) Ayrı-ayrı tibbi ixtisasları üzrə ekspertlər qrupu tərəfindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |