1106) Hansı qanun Azərbaycan Respublikasında Dövlət Məhkəmə-Tibbi Ekspertiza fəaliyyətinin hüquqi əsası deyil?
A) Azərbaycan Respublikasının Konstitusiyası
B) Cinayət Prosessual Məcəlləsi
C) Məhkəmələr haqqında Qanun
D) ”Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
E) Əhalinin sağlamlığının qorunması haqqında Qanun
Ədəbiyyat: Şakir Musayev. “Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı”. Bakı, 2008.
1107) Bunlardan hansı məhkəmə-tibbi ekspertizada tibbi sənəd olaraq istifadə olunur?
A) Təliqə
B) Qərardad
C) Stasionar xəstənin tibbi kartası
D) Qərar
E) Hadisə yerinin baxış protokolu
Ədəbiyyat: Şakir Musayev. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. Bakı, 2012.
Dostları ilə paylaş: |