219
fadə olunur. Elektrolit pozğunluqlarına (hipokaliemiya, hiponatriemi-
ya, hipoxloremiya) uyğun korreksiyalar aparılır, asidoz aradan qal-
dırılır.
Bütünlükdə götürdükdə belə xəstələrə dərman vasitələrinin təyin
olunmasından, imkan daxilində, imtina olunması məsləhətdir. De-
sensebilizəedici preparatlar (taveqil, dimedrol, diazolin, klaritin, ceti-
rizin və b.), kalsium preparatları, askorbin turşusu və b. tövsiyə olu-
nur. Ağır hallarda qlyukokortikoidlər – prednizalon 50-60 mq/gün,
yaxud metilprednizalon 2-4 həftə, yəni KİN kliniki-laborator əlamət-
lərinin itməsi, yaxud azalmasına qədər istifadə olunur. Ağır XBÇ baş
verdikdə hemodializ tətbiq edilir.
Profilaktika. KİN-in qarşısının alınması əsasən etioloji faktorlara
qarşı yönəldilməlidir. Belə ki, dərman vasitələrinin təyinatı əsaslan-
dırılmalı və çox ehtiyatlı olmalıdır. Güman edilir ki, bu gün istifadə
olunan bütün dərman preparatları interstisial nefritin səbəbi ola bilər.
Ona görə hər dəfə xəstədən diqqətlə sorğu aparılır, dərmanlara qarşı
individual həssaslıq aşkarlanır, istifadə olunan konkret preparat mü-
zakirə olunmalı və seçilməlidir. Beləliklə, KİN yatrogen problem
olub, praktiki həkimlər, terapevtlərin daim diqqətində olmalıdır.
Dostları ilə paylaş: