165
İkinci variantda bədənə antigenlər daxil olduqda ona qarşı antici-
simlər əmələ gəlir. Bu anticisimlər eyni zamanda yumaqcıqların əsas
zarına da çökür və fiksə olunur.
Bu əsas zarın zədələnməsinə səbəb olur, artıq
o bədən üçün yad
zülal kimi antigen rolunu oynayır və ona qarşı autoanticisimlər
əmələ gəlir, bu anticisimlər də əsas zara fiksə olunurlar. Belə anti-
gen-anticisim kompleksinə kompliment də əlavə olunur. Bundan
sonra belə nahiyəyə miqrasiya etmiş neytrofillərin lizosimal fer-
mentləri əsas zara dağıdıcı təsirə başlayır. Eyni zamanda qanın lax-
talanma sisteminin aktivləşməsi nəticəsində zədələnmiş nahiyəyə
fibrinlər çökür. Yuxarıda təsvir olunan zəncirvari proses xroniki qlo-
merulonefritin immun əsasda daim dalğavari
formada proqress et-
məsinə səbəb olur (kəskinləşmə və remissiya dövrləri müşahidə
olmaqla) və tədricən skleroza, hialinoza, yumaqcığın boşalmasına,
xroniki böyrək çatışmazlığına gətirib çıxarır.
Patoloji anatomiya. Xroniki qlomerulonefrit yumaqcıqların kapil-
lyar daxili zədələnməsi ilə xarakterizə olunur.
Son illər punksion
biopsiyanın klinikada tətbiqi ilə əlaqədar olaraq xroniki qlomerulo-
nefritin morfoloji variantları öyrənilmişdir.
QN kliniko-morfoloji klassifikasiyası geniş yayılmışdır ki, bu
təsnifatın əsasında yumaqcıqlarda gedən morfoloji dəyişikliklər
durur və 5 formaya bölünür.
1. Yumaqcığın minimal dəyişiklikləri ancaq elektron mikroskopu
vasitəsi ilə müayinə nəticəsində aşkar edilir, işıq
mikroskopu ilə
müayinə zamanı yumaqcıqlar intakt görünür. Bu morfoloji forma
uşaqlarda daha müntəzəm təsadüf olunur, amma yaşlı şəxslərdə də
müşahidə oluna bilər. Bu formanın kliniki ekvivalenti NS olub,
massiv ödemlər ilə xarakterizə olunur, lakin
bəzi hallarda eritrosituri-
ya, arterial hipertenziya müşahidə oluna bilər. Bu formada patogene-
tik müalicə - xüsusən qlyukokortikoidlər daha effektiv olur, bəzən hət-
ta aparılan terapiya 1 həftəyə ödemin yox olmasına səbəb olur.
Xəstəliyin proqnozu kifayət qədər yaxşıdır, XBÇ az halda inkişaf edir.