Hamiləlikdə istifadə olunan antihipertenziv preparatlar
Terapevtik sinif (preparat, gündəlik
doza)
Kommentarilər
Mərkəzi α-aqonistlər (α-metildopa,
0,25-2,0 q/gün, 2-3 dəfəyə)
Təhlükəsiz olduğu üçün seçim preparatıdır,
bəzən yuxu verə bilər.
Kardioselektiv β-blokatorlar
(atenolol 50-100 mq/gün, 2 dəfə
metaprolol 100-200 mq/gün, 2 dəfə)
Üçüncü trimestrdə effektivdir. Uzun müddət
atenolol istifadə etdikdə döl inkişafdan
qala bilər.
α-β blokatorlar
(labetalol 100-200 mq/gün, 2 dəfə)
Effektiv və təhlükəsizdir, vena daxilinə də
yeridilə bilər.
Ca-kanal blokatorları (uzunmüd-
dətli nifedipin 40-80 mq 2 dəfə;
qısamüddətli nifedipin 10 mq,
çeynəmək, sormaq, hər 30 dəq bir)
Uzunmüddətli nifedipin AH sistematik
müalicəsi üçün; qısamüddətli – hipertonik
krizdə.
Birbaşa vazodilatatorlar
(diazoksid, hidralazin)
Hipertonik krizlərin müalicəsində vena
daxilinə yeridilir.
α-blokatorlar (prozazin)
Effektivdir, amma taxikardiya verir, odur ki,
β-blokatorlarla müştərək istifadə olunur.
Diuretiklər (furosemid 40-80 mq )
Olmaz! Hipovolemiyaya görə ancaq ağciyər
ödemində və KBÇ zamanı istifadə oluna bilər.
Angiotenzini çevirən fermentin
ingibitorları (kaptopril, enalapril)
Olmaz! Döl ölə bilər, botal axacağı bitişmir,
kəskin böyrək çatışmazlığı baş verə bilər.
Qanqlioblokatortlar Olmaz!
Döldə bağırsaq keçməməzliyi baş verir.
287
Bəzi hallarda AST başqa antiaqreqant preparatla – dipiridamol ilə
kombinə olunur. Dipiridamol endotelidə prostasiklinin əmələ gəlməsi-
ni stimulə edir. Adətən preparat böyük dozada (150-225 mq/gün) tət-
biq edilir. Bütün hallarda AST və dipiridamolun tətbiqi xəstə üçün
təhlükə yaratmır.
Proqnoz. Gestoz üçün proqressiv gediş xarakterikdir, getdikcə
hamilə qadının və həmçinin dölün vəziyyəti pisləsir. Nəticədə ek-
lampsiya, hipertoniyanın kəskin ağırlaşmaları, YDL, böyrək və qara-
ciyər çatışmazlığı, ciftin qopması, dölün ölümü baş verir. Konserva-
tiv müalicə gestozun gedişinə təsir etmir, ancaq bəzi müşahidələrdə
prosesin proqressinin qarşısını ala bilir. Odur ki, yeganə radikal və
doğru müalicə yolu doğuşdur, çünki əgər doğuş vaxtında aparılmasa
ana və ya dölün, yaxud da hər ikisinin ölümü baş verə bilər.
Preeklampsiya düzgün müalicə olunduqda sağalma əsasən iki yolla
baş verir. Birinci yol – doğuşdan sonra ilk günlərdə baş verir. İkinci yol
– davamiyyətli olub 1,5 ay çəkir. İlk əvvəl ödemlər itir, sonra arterial
hipertenziya normallaşır, bir qədər sonra proteinuriya yox olur və
böyrəklərin parsial funksiyaları normallaşır. Bəzən bu proses 6 ay çəkir,
ağırlaşmış hallarda bəzi dəyişikliklər hətta davam da edə bilər.
Eklampsiya nəticəsində 5-9 % halda baş beyinə qansızma və kəs-
kin ürək çatışmazlığından ölüm baş verir, yaxud kəskin böyrək çatış-
mazlığı meydana çıxır, 13-19 % təsadüflərdə ölü uşaq doğulur. Ek-
lampsiyadan sonra 20,2 % xroniki böyrək çatışmazlığı, 17,9 % təsa-
düflərdə hipertoniya xəstəliyinə transformasiya müşahidə olunur.
Morfoloji tədqiqatların nəticələrinə görə eklampsiya keçirmiş xəstə-
lərin 50%-ində iki il müddətində qlomerulyar hüceyrələrin hiperpla-
ziyası müşahidə olunur.
E. M. Tareyevə görə eklampsiyanın 3 nəticəsi olur: tam sağalma;
kəskin dövrdə ölüm; xroniki xəstəliyə keçid (hipertoniya xəstəliyi,
bədxassəli hipertoniya, xroniki nefrit). 3,4 % hallarda sonrakı hami-
ləliklərdə eklampsiya residiv verir.
|