Kaliumun nəqli. Böyrək yumaqcıqlarında filtrasiya olunmuş kaliu-
mun 90-95%-i proksimal kanalcıqlarda geri qana sorulur. Kaliumun
reabsorbsiyası Henle ilgəyində də davam edir, amma distal kanalcıq-
larda o nəinki reabsorbsiya olunur, həmçinin sekresiyaya uğrayır. Bu
zaman kaliumun reabsorbsiyası aktiv, amma sekresiyası passiv baş ve-
rir. Kaliumun, həmçinin natriumun aktiv reabsorbsiyası natrium-kalium
nasosu prinsipi ilə baş verir. Natrium nasosundan fərqli olaraq kalium
nasosu hüceyrənin bazal hissəsində yox, zirvəsində yerləşir. Kaliumun
kanalcıq nəqli natriumun nəqli və hidrogen ionlarının sekresiyası ilə sıx
əlaqəlidir.