126
Ümumiyyətlə, anuriya zamanı gün ərzində bədənə daxil olan
mayenin miqdarı 300-500 ml-dən artıq olmamalıdır. Su-duz mübadi-
ləsinin pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi
əhəmiyyətə malikdir.
Xəstələrə vitaminlərdən C və B qrupu təyin edilir. Qaraciyərin fəa-
liyyətinin pozğunluğunda hepatotrop maddələr tətbiq olunur. Anemiya
zamanı xəstələrə eyni qrupdan olan eritrosit kütləsi köçürülür.
KBÇ-nin müalicəsində istifadə olunan müalicə faktorlarından
süni diareyanı (75%-150 ml sorbit daxilə), bağırsaq dializini, qanın
dəyişilməsi və s. istifadə oluna bilər.
Son zamanlar peritoneal dializindən də istifadə olunur. Bu zaman
periton pərdəsinin KBÇ zamanı artıq dərəcədə toksik maddələrin
ifrazetmə qabiliyyətinə malik olmasını nəzərə alaraq ondan müalicə
məqsədi ilə istifadə olunur. Bunun üçün xüsusi hazırlanmış məhlulun
köməyi ilə periton boşluğunu yumaqla müəyyən qədər azotlu mad-
dələri bədəndən xaric etmək mümkündür. Orta xətt üzrə göbəkdən
aşağı nahiyədə qarın boşluğuna çoxlu deşikləri olan polietilen boru
salınır. Həmin boru vasitəsilə qarın boşluğuna hipertonik məhlul ye-
ridilir və 45 dəqiqə saxlandıqdan sonra (ekspozisiya) həmin boru va-
sitəsilə yeridilmiş məhlul xaric olunur. Sonra bu əməliyyat yenidən
təkrar edilir və 12-18 saat ərzində 20 l-ə qədər məhlulla periton pər-
dəsi yuyulur.
KBÇ-nin ən müasir müalicə üsullarına hemodializ, hemosorbsiya,
hemofiltrasiya, plazmaferez aiddir.
Dostları ilə paylaş: