Məmmədov N. R.,Aslanov Z. Y.,Seydəliyev İ. M.,Hacızalov M. N.,Dadaşova K. S



Yüklə 7,93 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix24.05.2020
ölçüsü7,93 Mb.
#31490
1   ...   8   9   10   11   12   13   14   15   ...   46
Zabit-Aslanov metrologiya


Ölçmə  gücləndiricləri.  Sabit  və  dəyişən  cərəyan 

siqnallarını gücləndirmək, yəni kiçik siqnallar istiqamətində 

ölçmə  həddini  genişləndirmək  üçün  ölçmə  gücləndiriciləri 

tətbiq  edilir.  Gücləndirilən  siqnalın  tezlik  diapazonundan 

asılı olaraq ölçmə gücləndiriciləri sabit cərəyan və gərginlik 

üçün,  aşağı  tezlikli  (20Hs  –  200kHs),  yüksəktezlikli 

(250MHs-dək) və selektiv (ensiz tezlik zolağında siqnalları 

gücləndirən)  olur.  Ölçmə  çeviriciləri  ötürmə  əmsalının 

normallaşdırılmış  xətası  ilə  hazırlanır.  Elektron  ölçmə 

gücləndiriciləri 0,1mV və 0,3mkA-dən yuxarı siqnalları 0,1 

-  1,0%  xəta  ilə  ölçməyə  imkan  verir.  Kiçik  cərəyan  və 

gərginliklərdə  fotoqalvanometrik  gücləndiricilərdən  istifadə 

edilir.  Böyük  daxili  müqavimətli  mənbələrdən  cərəyan  və 

gərginlikləri gücləndirmək üçün  böyük giriş müqaviməti ilə 

fərqlənən (10

12

 Om-dək) elektrometrik gücləndiricilər tətbiq 



olunur. Seriyalı buraxılan ölçmə gücləndiriciləri 10V və  ya 

5mA  unifikasiya  olunmuş  nominal  çıxış  siqnalına  malik 

olur. 

Dəyişə

cərəyan 

və 

gərginlik 

ölçmə 

transformatorları. 

Cərəyan 


və 

gərginlik 

ölçmə 


117 

 

transformatorları  böyük  dəyişən  cərəyan  və  gərginlikləri 



kiçik  standart  ölçmə  hədli  (məsələn,  5A,  100V)  ölçü 

cihazları  üçün  buraxılabilən  nisbətən  kiçik  cərəyana  və 

gərginliyə  çevirən  çeviricilər  kimi  istifadə  edilir.  Yüksək 

gərginlik dövrələrində ölçmə transformatorlarının tətbiqi ilə 

cihaza  xidmət  edən  personalın  təhlükəsizliyi  təmin  olunur, 

belə  ki,  bu  zaman  cihazlar  torpaqlanan  aşağı  gərginlikli 

dövrəyə qoşulur (şək. 4.2). 

Ölçmə  transformatorları  bir-birindən  izolyasiya 

edilmiş,  ferromaqnit  içlikdə  yerləşdirilən  iki  dolaqdan 

ibarətdir:  sarğılarının sayı 

1

w

 olan birinci və 

2

w

 olan ikinci 

dolaq.  Transformatorların  və  cihazların  düzgün  qoşulması 

üçün  transformatorun  sıxacları  şəkildə  göstərildiyi  kimi 

işarə edilir (şək. 4.2). 

 

Şə



kil 4.2. Cərəyan və gərginlik ölçmə transformatorlarının 

qoşulma sxemi 

 

Cərəyan  transformatorları,  bir  qayda  olaraq, 



1

I

birinci 


tərəf cərəyanı 

2

I

ikinci tərəf cərəyanından böyük olur, odur 

ki, 


2

1

w



<



nom



I

1

  birinci  tərəf  nominal  cərəyanı  500A-dən 



böyük olan cərəyan transformatorlarında birinci tərəf dolağı 

içliyin  pəncərəsindən  keçən  lövhə  şəklində  bir  sarğacdan 

ibarət ola bilər.  


118 

 

Gərginlik 



transformatorlarında 

1

U

birinci 

tərəf 


gərginliyi   

2

U

  ikinci  tərəf  gərginliyindən  böyük  olur,  odur 

ki, 


2

1

w



>

.  Standart  transformatorlarda 



nom

U

1

  birinci  tərəf 



nominal  gərginliyinin  müxtəlif  qiymətlərində 

nom

U

2

  ikinci 



tərəf nominal gərginliyi 100V, 

3

100



V təşkil edir. 

Ölçmə  dövrəsinə  qoşulma  sxemlərindən  və  işləmə 

şə

raitindən asılı oaraq cərəyan və gərginlik transformatorları 



bir-birindən  fərqlənir.  Cərəyan  transformatorunun  birinci 

tərəf  dolağını  ölçmə  dövrəsinə  ardıcıl,  gərginlik 

transformatorlarının  dolağını  paralel  qoşurlar.  Ölçmə 

cihazları transformatorların ikinci tərəf dolağına qoşulur. 

Cihazların  göstərişlərinə  əsasən  ölçülən  kəmiyyətlərin 

qiymətlərini  müəyyən  etmək  mümkündür.  Bunun  üçün 

cihazların  göstərişlərini 

I

K

  və 


U

K

  transformasiya 

ə

msallarına  vurmaq  lazımdır.  Cərəyan  transformatorları 



üçün: 

2

1



I

I

K

I

=



gərginlik transformatorları üçün: 

2

1



U

U

K

U

=



2

I

  və 


2

U

  kəmiyyətləri 

1

I

  və 


2

U

-yə  qeyri-mütənasib 

dəyişdiyindən 

I

K

  və 


U

K

  qeyri-sabitdir.  Onlar  cərəyan  və 

gərginliyin  qiymətlərindən,  ikinci  tərəf  dövrəsində  yükün 

xarakterindən  və  qiymətindən,  cərəyanın  tezliyindən, 

həmçinin  transformatorun  konstruksiyasından  və  içliyin 

materialından  asılıdır  və  adətən  naməlum  olur.  Odur  ki, 

cihazların 

göstərişləri 

həqiqi 

yox, 


sabit 

nominal 


transformasiya əmsallarına vurulur.      

119 

 

nom



nom

nom

I

I

I

K

2

1



=

;  


nom

nom

nom

U

U

U

K

2

1



=

Ölçülən 



kəmiyyətlərin 

nominal 


transformasiya 

ə

msallarına  görə  təyini  xətalara  səbəb  olur.  Həqiqi  və 



nominal  transformasiya  əmsallarının  qeyri-bərabərliyi 

səbəbindən yaranan nisbi xəta, %, cərəyan transformatorları 

üçün:  

(

)



I

I

nom

I

I

K

K

K

I

I

I

f

=



=



100

)

(



100

1

1



1

gərginlik transformatorları üçün:  



    

(

)



U

U

nom

U

U

K

K

K

U

U

U

f

=



=



100

)

(



100

1

1



1

burada 



2

1

I



K

I

nom

I

=



2

1



I

K

I

I

=



2

1

U



K

U

Unom

=



2

1



U

K

U

U

=



I

f

  xətası  cərəyan  xətası, 



U

f

  isə  gərginlik  xətası 

adlandırılır.  Ölçmə  transformatorlarında  həmçinin  birinci 

tərəf  kəmiyytinin  fazasının  ikinci  tərəf  kəmiyyətinə 

ötürülməsinin  qeyri-dəqiqliyi  səbəbindən  bücaq  xətası 

yaranır. 

Ölçmə 

transformatorlarının 



bucaq 

xətası 


(vattmetrlər, elektrik enerji sayğacları, fazometrlər) hərəkətli 

hissənin  meyil  etməsi  dövrələrindən  axan  cərəyanlar 

arasındakı  faza  sürüşməsindən  asılı  olan  cihazların 

göstərişlərinə təsir edir.    

Transformatorlar  nəzəriyyəsindən  məlumdur  ki,  ideal 

halda  cərəyan  transformatorunun 

2

I

  ikinci  tərəf  cərəyan 

vektoru  ilə 

1

I

  birinci  tərəf  cərəyan  vektoru  arasında  faza 

sürüşməsi 180

0

 təşkil edir. Gərginlik transformatorunda 



2

U

 

ikinci tərəf və 



1

U

 birinci gərginlik vektroları arasındakı faz 

sürüşməsi  də  belə  olmalıdır.  Real  transformatorlarda  ikinci 


120 

 

tərəf  kəmiyyətinin  180



0

  döndərilmiş  vektoru  (

2

I



yaxud

2

U

)  ilə  birinci  tərəf  kəmiyyətinin  müvafiq  vektoru 



(

1

I

,  yaxud 

1

U

)  arasındakı  bucaq  sıfra  bərabər  deyildir  və 

transformatorun  bucaq  əmsalı

  adlanan 

δ

  bucağını  təşkil 



edir.  Əgər  180

0

  döndərilmiş  ikinci  tərəf  kəmiyyətinin 



vektoru  birinci  tərəf  kəmiyyətinin  vektorunu  qabaqlayarsa, 

xəta müsbət sayılır.  

Cərəyan ölçmə tansformatorları qısa qapanma rejiminə 

yaxın  işləyir,  belə  ki,  onların  ikinci  tərəf  dolaqlarına  kiçik 

müqavimətli cihazlar qoşulur. 

Daşınan  cərəyan  transfortatorları  üçün  dəqiqlik 

sinifləri  0,01-dən  0,2-dək  müəyyənləşdirilib.  Onlar  25  Hs-

dən  10  kHs-dək  nominal  tezlikdə,  yaxud  tezliklər  sahəsinə 

hazırlanır. 

Cərəyan 


transformatorları 

birinci 


tərəf 

cərəyanının 0,1A-dən 30 kA-dək nominal qiymətləri, ikinci 

tərəf cərəyanının 5A nominal qiyməti üçün buraxılır. 50 Hs 

tezlik  üçün  stasionar  cərəyan  transformatorları  1A-dən 

40kA-dək nominal birinci tərəf cərəyanlarına və 1; 2; 2,5; 5 

A  nominal  ikinci  tərəf  cərəyanlarına  hazırlanır.  Bu 

transformatorların  dəqiqlik  sinifləri  0,2-dən  10-dək  olur. 

Cərəyan transformatorları müəyyən nominal yükə, məsələn, 

stasionar transformatorlar üçün bu, 

A

5

,



2

-dən 


A

100


-

dək olmaqla hazırlanır.  

Gərginlik  ölçmə  transformatorları  boş  gediş  rejiminə 

yaxın rejimdə işləyir, belə ki, ikinci tərəf dolağına nisbətən 

böyük daxili müqavimətli cihazlar qoşulur.  

Stasionar  gərginlik  transformatorları  220  V-dan  32 

kV-dək  nominal  birinci  tərəf  gərginliyinə 

A

5

-dən 



A

25

-dək 



nominal 

yük 


üçün 

(

0



,

1

8



,

0

cos



=

ϕ



hazırlanır.  Laboratoriya  transformatorları  çox  zaman  bir 

neçə ölçmə həddi üçün daşınan olur. Üçfazlı dövrələr üçün 

üçfazlı gərginlik transformatorları hazırlanır. 



 

121 

 

4.3. Elektromexaniki ölçü cihazları 



 

4.3.1.Elektromexaniki ölçü cihazlarının 

xarakteristikası 

 

Elektromexaniki 



cihazlar 

ölçmə 


mexanizmində 

elektrik  enerjisini  hərəkətli  hissənin  mexaniki  enerjisinə 

çevirən  cihazlardır.  Onlara  üç  əsas  hissədən  -  ölçmə 

dövrəsindən, ölçmə mexanizmindən və hesabat qurğusundan 

ibarət  bilavasitə  qiyətləndirmə  cihazları  aiddir.  Ölçmə 

dövrəsi  ölçülən  elektrik  kəmiyyətini  bilavasitə  ölçmə 

mexanizminə  təsir  göstərən  digər  elektrik  kəmiyyətinə 

çevirməyə  xidmət  edir.  Bu,  həm  keyfiyyət,  həm  də 

kəmiyyətcə çevirmə ola bilər. Ölçmə mexanizmində elektrik 

enerjisi mexaniki enerjiyə çevrilir ki, o da hərəkətli hissənin 

yerini  dəyişdirir  (onu  döndərir).  Hesabat  qurğusu  ölçülən 

kəmiyyətin  qiymətini  hərəkətli  hissənin  dönmə  bucağından 

asılı olaraq vizual hesablamağa imkan verir. 

Ölçmə  mexanizmlərində  adətən  hərəkətli  hissənin 

bucaq  yerdəyişməsi  olduğundan  onların  işinin  təhlilində 

hərəkətli  hissəyə  təsir  edən  momentlərə  baxılır.  Momentlər 

statik  və  dinamik  momentlərə  bölünür.  Statik  momentlər 

ölçülən  kəmiyyət  mövcud  olduqda  mexanizmdə  daim  təsir 

göstərən  momentlərdir.  Dinamik  momentlər  hərəkətli 

hissəyə ancaq o hərəkət etdikdə təsir göstərir. 

Statik  momentlərə  fırladıcı  və  əks-təsir  momentləri 

aiddir. 


Ölçülən  kəmiyyətin  təsiri  ilə  mexanizmdə  yaranan  və 

hərəkətli  hissəni  artan  göstərişlər  tərəfə  döndərən  moment 



fırladıcı

  moment  adlanır.  Bu  moment  ölçülən  x  kəmiyyəti 

ilə birqiymətli təyin edilməlidir və həm də hərəkətli hissənin 

α

 dönmə bucağından asılı ola bilər, yəni fırladıcı moment 



(

)

α



,

x

F

=

. Hərəkətli hissə 

α

d

 qədər döndükdə mexaniki 

enerjinin dəyişməsi 

dA

 ölçmə mexanizmində elektrokinetik 



122 

 

enerjinin  dəyişməsinə 



E

dW

  bərabərdir,  yəni 



E

dW

dA =

Hərəkətli  hissənin  bucaq  yerdəyişməsi  zamanı  mexaniki 



enerjinin dəyişməsi 

α

Md



dA =

olur. Beləliklə:  

α

d

dW

M

E

=

 ,                                   (4.1) 

 burada 

E

W

 - ölçmə mexanizminin elektrokinetik enerjisidir. 

Beləliklə, fırladıcı moment mexanizmdə elektrokinetik 

enerji  dəyişdikdə  yaranır.  Mexanizmin  tipindən  asılı  olaraq 

bu,  elektromaqnit  sahənin  (əksər  cihazlarda),  yaxud 

elektrostatik  sahənin  (elektrostatik  cihazlarda)  enerjisinin 

dəyişməsi ola bilər.  

Ölçülən  x  kəmiyyətinin  istənilən  qiymətində  hərəkətli 

hissənin  həmişə  son  dayaq  nöqtəsinə  qədər  hərəkət 

etməyərək  ölçülən  kəmiyyətdən  asılı  bucaq  qədər  dönməsi 

üçün  hərəkətli  hissəyə  fırladıcı  momentə  qarşı  yönələn  və 

dönmə  bucağından  asılı  moment  -  əks-təsir  momenti  təsir 

etməlidir:  

          

( )

α

α



F

=

.                                   (4.2) 

Müəyyən  qədər  dönmə  bucağında 

M

ilə 


α

M

-nın 


bərabərliyi baş verir, yəni 

α

M



M

=



 və ya: 

0

=



+

α

M



M

.                                 (4.3) 

Fırladıcı  momenti  yaratma  üsulu  ilə  fərqlənən  altı  tip 

ölçmə  mexanizmi  tətbiqini  tapmışdır:  maqnitoelektrik, 

elektromaqnit,  elektrodinamik,  ferrodinamik,  elektrostatik 

və  induksion  (cədvəl  4.1).  Əks-təsir  momentini  yaratma 

üsulundan  asılı  olaraq  ölçmə  mexanizmləri  mexaniki  əks-

təsir  momentli  və  elektrik  əks-təsir  momentli  (laqometrik 

ölçmə mexanizmləri) olur. 

 

 



 

 

 



123 

 

Cədvəl 4.1 



Cihazın adı 

Şə

rti işarəsi 



Cihazın adı 

Şə

rti işarəsi 



Hərəkətli sarğaclı 

maqnitoelektrik 

cihaz 

 

Elektrodinamik 



cihaz 

 

Maqnitoelektrik 



laqometr 

 

Elektrodinamik 



laqometr 

 

 Hərəkətli maqnitli 



maqnitoelektrik 

cihaz 


 

Ferrodinamik 

cihaz 

 

Hərəkətli maqnitli 



maqnitoelektrik 

laqometr 

 

Ferrodinamik 



laqometr 

 

Elektromaqnit cihaz 



 

İ

nduksiya cihazı 



 

Elektromaqnit 

laqometr 

 

Elektrostatik 



cihaz 

 

 



Mexaniki  əks-təsir  momentli  ölçmə  mexanizmlərində 

moment  hərəkətli  hissə  döndükdə  sıxılan  elastik 

elementlərlə  (spiral  yaylar,  gərilmiş  elementlər,  asılqanlar) 

yaradılır. Bu zaman:  

α

α

W



M

=



,                                  (4.4) 

burada 


W

- elastik elementin xassələrindən asılı olan xüsusi 

ə

ks-təsir  momentidir.  Bir  sıra  cihazlarda  elastik  elementlər 



həm  də  hərəkətli  hissəyə  cərəyan  daşıyıcısı  kimi    istifadə 

olunur . 

Laqometrik  cihazlarda  əks-təsir  momenti  fırladıcı 

moment  kimi  yaradılır,  ancaq  onlardan  biri  hərəkətli 

hissənin  dönmə  bucağından  asılı  olmalıdır.  Əgər 

1

x

 

kəmiyyətinin  yaratdığı  moment  fırladıcı, 



2

x

  kəmiyyətinin 

yaratdığı  moment  isə  əks-təsir  momenti  olarsa,  onda 

( )


1

1

x



F

=

(



)

α

α



,

2

2



x

F

=









=



2

1

x



x

Ф

α



,  yəni  bu  halda 

124 

 

hərəkətli  hissənin  dönmə  bucağı



1

x

  və 


2

x

  elektrik 

kəmiyyətlərinin nisbəti ilə təyin edilir. 

Hərəkətli  hissə  yerdəyişmə  etdikdə,  ona  yuxarıda 

göstərilənlərdən  əlavə,  dinamik  momentlər  də:  ətalət 

qüvvələrinin momenti və sakitləşdirmə momenti təsir edir.  

Ə

talət  qüvvələri  momenti 



J

M

  ətalət  momentinin  J  

bucaq təcilinə hasilinə bərabərdir:  

2

2



dt

d

J

M

J

α



=

.                                  (4.5) 

Sakitləşdirmə momenti 

P

M

 sakitləşdirmə əmsalının 

bucaq sürətinə hasilinə bərabərdir: 

 

 



dt

d

P

M

P

α



=

.                                  (4.6) 

Ə

talət  qüvvələri  momenti  və  sakitləşdirmə  momenti 



üçün  ifadələrdə  “

”  işarəsi  onların  fırladıcı  momentə  əks 



yönəldiyini göstərir. 

Nəzəri  mexanikadan  məlumdur  ki,  öz  oxu  ətrafında 

fırlanan  (dönən)  cisimlərin  hərəkəti  zamanı  ətalət 

qüvvələrinin  momenti  cismə  fırlanma  oxuna  nəzərən  təsir 

edən bütün qalan momentlərin cəminə bərabərdir: 

α

M



M

M

M

P

J

+

+



=

.                             (4.7) 

(4.7)  düsturunda  (4.4),  (4.5),  (4.6)  ifadələrini  yerinə 

qoysaq,  hərəkətli  hissənin  hərəkətinin  diferensial  tənliyini 

alarıq:  

M

W

dt

d

P

dt

d

J

=

+



+

α

α



α

2

2



Hərəkətli  hissənin  operator  formasında  ötürmə 

funksiyası belə şəkil alır: 

( )


( )

( )


(

)

.



1

2

W



p

P

Jp

p

M

p

p

K

+

+



=

=

α



 

Operatoru

ω

j

=

 

ilə 



ə

vəz 


edib, 

müvafiq 


çevirmələrdən  sonra  elektromexaniki  cihazın  hərəkətli 

hissəsinin amplitud-tezlik xarakteristikasını alırıq: 



125 

 

(



)

(

)



2

2

2



4

1

1



q

q

W

j

K

β

ω



+

=



,                   (4.8) 

burada 


0

ω

ω



=

q

ω



 - fırladıcı momentin dəyişmə tezliyi; 

0

ω



 

-  ölçmə  mexanizminin  hərəkətli  hissəsinin  məxsusi 

rəqslərinin,  yəni  sakitləşdirmə  momenti  olmadıqda 

rəqslərinin  tezliyidir, 



J

W

=

0



ω

β



  -  hərəkətli  hissənin 

sakitləşmə dərəcəsi, 



W

J

P

2

=



β

Şə



k.  4.3-də 

1

<

β

  müəyyən  sakitləşmə  dərəcəsində 



(

)

ω



j

K

- in q - dən asılılıq qrafiki göstərilmişdir. Qrafikdən 

göründüyü  kimi,  ölçmə  mexanizminin  hərəkətli  hissəsinin 

ötürmə  əmsalı  fırladıcı  momentin  dəyişmə  tezliyindən 

asılıdır.  O  isə  öz  növbəsində  giriş  elektrik  kəmiyyətinin 

tezliyindən  və  həmin  kəmiyyətin  momentə  çevrilməsi 

üsulundan asılıdır. 

 

 



Şə

k. 4.3. Amplitud-tezlik xarakteristikasının 

fırladıcı momentin dəyişmə tezliyindən asılılığı 

 

Maqnitoelektrik 



ölçmə 

mexanizminin 

fırladıcı 

momentinin  dəyişmə  tezliyi  giriş  elektrik  kəmiyyətinin 

tezliyinə  bərabərdir,  qalan  ölçmə  mexanizmlərində  isə 

fırladıcı moment sabit və dəyişən tərkib hissələrinə malikdir, 

həm  də    dəyişən  tərkib  hissə  giriş  kəmiyyətinin  ikiqat 

tezliyinə bərabərdir.  



126 

 

Sabit  giriş  elektrik  kəmiyyətində  bütün  ölçmə 



mexanizmləri  üçün  (induksiya  mexanizmlərindən  başqa) 

hərəkətli  hissənin  ötürmə  əmsalı  sabit  olub 



W

1

-yə 



bərabərdir.  Giriş  elektrik  kəmiyyətinin  dövri  dəyişməsi 

zamanı  ötürmə  əmsalı  q-dən  asılıdır.  Adi  elektromexaniki 

cihazların  ölçmə  mexanizmləri  üçün  hərəkətli  hissənin 

ötürmə  əmsalı  artıq  giriş  kəmiyyətinin  bir  neçə  hers 

tezliyində  praktiki  olaraq  sıfra  bərabər  olur.  Ona  görə  də 

belə  cihazlar  50Hs  və  daha  yüksək  tezlikli  dövrələrdə 

istifadə  olunduqda  ölçmə  mexanizminin  ötürmə  əmsalı 

fırladıcı momentin sabit tərkib hissəsi ilə təyin edilir.  

Elektrik  kəmiyyətinin  ani  qiymətinin  qeyd  edilməsi 

üçün  nəzərdə  tutulan  osilloqrafik  qalvanometrlərdə  ötürmə 

ə

msalı  elektrik  kəmiyyətinin  tezliyindən  asılı  olmamalıdır. 



Ona  görə  də  həmin  qalvanometrlərin  konstruksiyasını  elə 

hazırlayırlar  ki, 

1

<

q

  olduqda  fırladıcı  momentin  ani 

qiyməti  elektrik  kəmiyyətinin  ani  qiyməti  ilə  təyin  edilsin. 

Bu  zaman  ötürmə  əmsalı,  deməli,  qalvanometrin  həssaslığı 

tezlikdən az asılı olacaqdır.  

Rezonans  qalvanometrləri  adlanan  qalvanometrlər 

məlumdur  ki,  onlar  dəyişən  cərəyan  dövrələrində  sıfır-

indikator  kimi  işlədilir.  Belə  qalvanometrlər  dövrəni 

qidalandıran  gərginliyin  tezliyində  maksimal  həssaslığa 

malik  olmalıdır.  Odur  ki,  onların  ölçmə  mexanizmlərinin 

konstruksiyası 

1

=



q

  olduqda  rezonansa  sazlanmağa  imkan 

verir. 

Ölçmə  mexanizmlərinin  müxtəlif  iş  prinsiplərinə 



baxmayaraq, bütün elektromexaniki cihazların ümumi detal 

və qovşaqları vardır. 

Cihazın  korpusu  onu  xarici  təsirlərdən,  məsələn, 

tozdan qoruyur.    

Elektromexaniki  cihazın  hesabat  qurğusu  şkaladan  və 

göstəricidən  ibarətdir.  Cihazın  şkalası,  bir  qayda  olaraq, 



127 

 

lövhə  şəklində  olur  və  üzərində  ölçülən  kəmiyyətin 



müəyyən  qiymətlərinə  müvafiq  qeydlər  edilir.  Göstərici 

ş

kala boyunca hərəkət edən və cihazın ölçmə mexanizminin 



hərəkətli  hissəsinə  tərpənməz  bərkidilən  əqrəb  şəklindədir. 

Göstərici  kimi  hərəkətli  hissənin  oxuna  bərkidilmiş 

güzgüdən  əks  olunan  işıq  şüası  da  istifadə  edilir.  İşıq  şüası 

ş

kalaya düşür və onun üzərində, məsələn, ortasında qara xətt 



olan  işıq  ləkəsi  yaradır.  Hərəkətli  hissə  döndükdə  işıq 

göstəricisi şkala boyunca hərəkət edir.  

Hərəkətli  hissənin  bərkidilməsi  dayaqlar,  gərilmiş 

elementlər  və  asqıların  köməyilə  həyata  keçirilir.  Dayaqlar 

kern  və  alt  dayaqlardan  təşkil  olunub.  Kernlər  bir  tərəfdən 

konus  şəklində  yonulmuş  polad  məftil  parçalarıdır.  Alt 

dayaqlar  oxu  boyunca  konusşəkilli  dərinləşdirilən  silindr 

formasındadır. Çox zaman onlar əqiqdən, yaxud korunddan 

hazırlanır.  Fırlanma  oxu  boyunca  hərəkətli  hissəyə 

bərkidilmiş  kernlər  hərəkətsiz  hissədə  yerləşən  alt 

dayaqların  çökəkliyinə  girir. Dayaqlar üzərindəki qurğunun 

çatışmazlığı xəta yaradan sürtünmədir. 

Hərəkətli  hissə  bir  ucu  ona,  digər  ucu  isə  cihazın 

hərəkətsiz detallarına bərkidilən elastik metal lent şəklindəki 

iki  gərilmiş  elementdən  asıla  bilər.  Lazım  gələrsə  həmin 

elementlər hərəkətli hissənin dolağına cərəyan vermək üçün 

də istifadə edilə bilər.  

Hərəkətli  hissənin  asqı  ilə  asılması    çox  həssas 

cihazlarda  -  qalvanometrlərdə  tətbiq  edilir.  Asqı  nazik, 

elastik elementdir. Asqıdan istifadə olunan cihazların tarazla 

qoyulması  tələb  edilir,  çünki  onun  hərəkətli  hissəsi  sərbəst 

asılır  və  cihazın  şaquli  vəziyyətdən  meyillənməsi  hərəkətli 

və  hərəkətsiz  hissələrin  bir-birinə  toxunmasına  səbəb  ola 

bilər.  


Lazımi  sakitləşmə  dərəcəsi  sakitləşdirici  adlanan 

qurğu  ilə  əldə  edilir.  Maqnitoinduksiya,  maye  və  hava 

sakitləşdiriciləri 

tətbiq 


olunur. 

Maqnitoinduksiya 

sakitləşdirmədə  sakitləşdirici  moment  maqnit  sahələri  ilə 


128 

 

hərəkətli  metal  detallarda  yaranan  cərəyanların  qarşılıqlı 



təsirindən əmələ gəlir. Belə sakitləşdirici sabit maqnitdən və 

onun  işçi  araboşluğunda  yerdəyişən,  hərəkətli  hissəyə 

bərkidilən  alüminium  lövhədən  ibarətdir.  Maqnit  sahəsində  

yerdəyişən  hərəkətli  hissənin  qısa  qapanmış  sarğısı 

həmçinin sakitləşdirici kimi rol oynaya bilər.  

Mayeli  sakitləşdirmə  ölçmə  mexanizmini  və  ya  onun 

ayrı-ayrı detallarını özlü mayedə  yerləşdirməklə əldə edilir. 

Ona  görə  də  hərəkətli  hissənin  rəqsləri  zamanı  onun  rəqs 

enerjisi  azalır  və  lazımi  sakitləşdirmə  baş  verir.  Maye 

sakitləşdiricili  ossilloqrafik  qalvanometrlərdə  ya  hərəkətli 

hissə bütövlükdə, ya da ancaq gərilmiş elementin bir hissəsi 

mayedə yerləşdirilir.  

Hava  sakitləşdiricisi  kameradan  və  onun  içərisində 

yerləşdirilən  hərəkətli  hissəyə  bərkidilmiş  lövhədən 

ibarətdir.  Hərəkətli  hissənin  rəqsi  zamanı  kamerada 

lövhənin  hər  iki  tərəfindəki  təzyiqlərin  fərqi  yaranır.  Bu 

təzyiqlər  fərqi  hərəkətli  hissənin  yerdəyişməsinə  mane  olur 

və onun sakitləşməsinə gətirib çıxarır. 

Göstəricini  tələb  olunan  qeyd  yerinə  gətirmək  üçün 

elektromexaniki  cihazlarda  korrektor  adlanan  qurğu  tətbiq 

edilir.  Korrektor  cihazın  korpusuna  bərkidilən  vintdən 

ibarətdir,  onu  döndərməklə  yayları,  gərilmiş  elementləri, 

yaxud  asqıları  burmaq,  bununla  da  cihazın  hərəkətli 

hissəsini döndərmək və göstəricini tələb olunan qeyd yerinə 

gətirmək olur. 

Bəzi  cihazlar  arretirlə  -  cihazın  hərəkətli  hissəsini 

tormozlayan qurğu ilə təsis edilir. 

Hər  bir  cihaz  şərti  işarələrlə  nişanlanır:  kəmiyyətin 

ölçmə  vahidi,  dəqiqlik  sinfi,  cərəyanın  növü,  əgər 

ə

həmiyyəti  vardırsa,  cihazın  istifadə  olunma  vəziyyəti 



(üfüqi  və  ya  bucaq  altında).  Cihazın  şkalasında  ölçmə 

mexanizminin  tipinin  şərti  işarəsi  də  göstərilir  (bax  cədvəl 

4.1). 

 


129 

 


Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin