Digər bir misal. Talışın orta və yuxarı dağ-meşə fıstıq qurşağında kənd təsərrüfatı bitkiləri altında istifadə
edilərək «atılmış» sahələrdə törəmə tipli kolluqlar formalaşmışdır, belə kolluqların tərkibində heç vaxt fıstığa
təsadüf edilmir, belə ki, şumlanmış və kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuş sahələri fıstıq tuta bil-
mir. Kol örtüyündə yemişan, əzgil, itburnu, alça və fındığın, ağac bitkilərindən isə cavanyaşlı palıd, vələs,
azatağacın mövcudluğu vaxtilə bu yamaclarda meşə bitkilərinin yayılmasını sübut edir. Fıstığın tamamilə iştirak
etməməsi isə meşəsizləşdirilmiş sahələrdə vaxtilə fıstıq meşəsinin mövcudluğu fikrinin irəli sürülməsini bir
qədər şübhə altına alır. Lakin 2-20 km məsafəlikdə analoji yamaclarda fıstıq meşələrinin mövcudluğu vaxtilə
burada onun meşələrinin geniş yayılmasını təsdiq edir. Hazırda burada fıstığın olmaması fikrimizcə,
meşəsizləşdirilmiş sahələrin taxıl və digər bitkilər altında istifadə edilməsi nəticəsində eroziya prosesinin inten-
siv inkişafı ilə əlaqədar torpağın üst münbit qatı yuyularaq aparılmış, ana süxur səthə çıxmış, ərazi yarğanlarla
parçalanmış və onun yerli quraqlaşmasına səbəb olmuşdur. Sonralar sahənin şumlanması dayandırılaraq oradan
otlaq və biçənək kimi istifadə edilmişdir. Belə əlverişsiz mühit şəraitində ağac cinslərindən daha dözümlü
sayılan azatağac özünə məskən salmış, sonralar onun tərkibində palıd da peyda olmağa başlamışdır. Fıstıq isə
rütubətsevər ağac olduğundan hazırkı quru bitmə şəraitində ilk dəfə sahəni tuta bilmir. Hazırda sahədə mal-
qaranın otarılması əmələ gələn ağac cinslərinin kollaşmasına səbəb olur və meşənin bərpası istiqamətində de-
Dostları ilə paylaş: |